Füzulinin «Su» qəsidəsinə bənzətmə
Söndürə bilmədi qəlbimdəki odları yağış
Göydə səyyarələr ağlar bir bax bu su da
Yarı səyyarələrin göz yaşıdır yarı yağış
Soyuq ahım ki buludlu göyə getdi, çatdı
Ol zamandandı tutub çölləri, gülzarı yağış
Necə ar eyləməyib busə o güldən dilədim
Yuyub üzdən aparıb yoxsa həya, arı yağış
Əhli-eşqəm mənə ey dil, nə gərək sərvətü-var
Könlümün sərvəti atəş, gözümün varı yağış
Necə gör mö’cüzəli bir sədəf imiş yanağın
Ona dəydikcə səpər hər yana mirvari yağış
Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki
Qoymadı faş ola qəlbimdəki əsrarı yağış
İstəmir zərrə qədər toz da qala gül üzdə
Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış
Kə’beyi-kuyinə üz tutmuş ikən eşq əhli
Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış
Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi
Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış
Bircə an, ey pəri, cəlb etmək üçün diqqətivi
Gündə kuyində təmizlər dərü-divarı yağış
Fəhminin kimsəsi yoxdur bu biyabanda, gülüm
Dostu sirdaşı külək, həmdəmi qəmxarı yağış
Yağışam mən
Eşq adlı buluddan süzülən bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən,
çünki yağışam mən.
Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
dilsiz yağışam mən.
İsbat eliyə bilməyirəm eşqimi heç cür,
Mümkün ki deyil eşqin oduna alışam mən,
çünki yığışam mən.
Yarın evinin dövrünü dəryayə çevirdim,
Çox şükr, rəqibin yolunu bağlamışam mən,
qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə qaytar məni, ya rəbb
Torpaqlara biryolluğa qoyma qarışam mən,
çünki yağışam mən.
Fəhmi, mənim eşqim ola bilməz ki, tükənsin,
Eşq aldı buluddan süzülən bir yağışam mən,
bitməz yağışam mən.
Qəzəllər
Qonaq? Yox, yox yetim qalmış uşaqlar,-sarı yarpaqlar
Küləklə dost olub çox gəzdilər birlikdə dünyanı
Yəqin mən tək o cananı soraqlar sarı yarpaqlar
Ayağın dəydiyi hər bir yerə üz sürtmək istərlər
Odur şövq ilə torpağı qucaqlar sarı yarpaqlar
Yenə sənsiz göz ağlar, cism üryan, çöhrə sapsarı
Payızdır, gur yağış, çılpaq budaqlar, sarı yarpaqlar
Deyirlər hər ağac bir aşiqin qəm dəftəri olmuş
Bu dəftərdən qopan solğun varaqlar- sarı yarpaqlar
Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə
Bu az ömründə çox görmüş ayaqlar, sarı yarpaqlar
Eşitsən bağçada yüngül xışıltı, anla ki Fəhmi
Bilib talelərin sakitcə ağlar sarı yarpaqlar
***
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.
Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.
Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.
Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.
Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.
Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.
Fəhminin qəlbidə son arzu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
***
Məgər heyran olubdur hüsnünə, ey məhliqa kölgə
Ki ardınca sürünməkdən yorulmur binəva kölgə
Bir aşiqdir ki cismində təmamən dağsız yer yox
Görənlər zənn edər düşmüş dalınca bir qara kölgə
Həsəddən lalə tək qan oldu bağrım görcəyin ey şux
Tutub daim ayağından öpür hey bihayə kölgə
Nə qədri var idi dost-aşina, qeyb oldu dar gündə
Yanımda qaldı yalnız bir həqiqi aşina – kölgə
Nə qədri dərdü-qəm vardırsa cismimdə, çıxar ol dəm
Bir anlıq başıma salsa əgər ol dilrüba kölgə
Nədən rəngin dəyişmir, çıxmayır matəm libasından
Yəqin ki bir şəhidi-eşq üçün saxlar əza kölgə
O qədri incəlibdir dərdü-qəmdən Fəhminin cismi
Görənlər bilməyir ki, canlı məxluqdur bu, ya kölgə
***
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən
Cümlə aşiqlər səni görmək ümidin üzdülər
Göz dikən yoluna bica bir dənizdir, bir də mən
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən
Çoxları görcək səni öz eşqin e’lan eyləyib
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən
Bir zaman Məcnun idi divanə, səhra məskəni
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən
***
Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq
Qalıb biçarə bu zülmətdə müddətdir ki tək dustaq
Gözüm yaşın töküb ah eylərəm hicran otağında
Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq
İlahi, hər duanın dövrəsin min-min günah tutmuş
Ya qanundur tikan içrə ola hər bir çiçək dustaq
Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm
Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq
Mən iblisin əcəl zindanıyam ki tanrıdan gizlin
İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq
Fələk zülmü kəsilməzsə bezib ruhlar qiyam eylər
Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq
Göyə baş vurmaq istərsən, buna Fəhmi, gücün çatmaz
Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq
***
Ver sərvətini, şöhrəti-şanı yel aparsın
Qoyma fəqət əhd ilə vəfanı yel aparsın.
Dilbər, elə məst etdi məni saçların ətri
Az qaldı gözümdə bu cahanı yel aparsın.
Saf eşqimizi məhv edə bilməz dəli hicran
Harda görünübdür ki, şüanı yel aparsın.
Tutmuş yenə ətrafımızı hicr dumanı
Ey sinə,bir ah çək bu dumanı yel aparsın.
Cismim elə incəldi bəla, dərd yükündən
Az qaldı ki, mən bəxtiqəranı yel aparsın.
Aç ruhumuzun pəncərəsin ey ulu tanrım
Qoy fitnə-fəsad, hiylə- riyanı yel aparsın.
Yetmir duam allahıma, Fəhmi, xahiş eylə
O yerlərə bəlkə bu duanı yel aparsın.
***
Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri,
Yə’qin ki, axtarır hər yerdə ol güldən əsər xəzri.
Rəva görməz özündən başqa bir kəs o gülə baxsın
Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri
Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən
Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri
Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur
Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri
Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən
Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri.
Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də
Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri
Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət
O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri
***
Gecələr göydə səni çox gəzib axtardı yuxum
Zülmətin baqrını ağ eşqi ilə yardı yuxum
Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum
Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz
Gah da qəm ətri verən laləli gülzardı yuxum
Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum
Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum
Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.
Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.
***
Mən ki öz şe’rimə bükdüm qəmi misra-misra
Qəm də şe’rimlə gəzir aləmi misra-misra
Dərdimi bildi təbibim, mənə bir şe’r oxudu
Sanki çəkdi yarama məlhəmi misra-misra
Qələmimlə yığıram düzmək üçün ağ kağıza
Gül yanaqlarda donan şəbnəmi misra-misra
En səmadən mələyim ki səni vəsf etmək ilə
Dağıdım qəlbə dolan matəmi misra-misra
Yazılır dəftəri-eşqə ürəyim qanı ilə
Ömrümün sənsiz ötən hər dəmi misra-misra
Sevmişəm bir gülü ki varlığa bir incə qəzəl
Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra
Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
Yə’ni yoldan çıxarıb Adəmi misra-misra
***
Yollarda qalıbdır ala gözlər, səni gözlər
Yaş töksə də hər gün yenə gözlər səni , gözlər
Ey qəmli könül yelkəni, durma daha üz get
Həsrətli ürəklərdə dənizlər səni gözlər
Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər
Ay gecə, günəş isə günüzlər səni gözlər
Sanma ki, çəməndə bu qədər lalədi, şahım
Al qırmızı örpəyli kənizlər səni gözlər
Görcək səni diz çökməmək olmur, mələyim,gəl
Qatlanmağa hazırdır bu dizlər, səni gözlər
Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın
Qəlbdən süzülən qüssəli sözlər, səni gözlər
Sən gəldiyin o yolları bu Fəhmi həvəslə
Göz yaşı ilə gündə təmizlər, səni gözlər.
Karmеn (povest)
Sеyyidə zöhd əgər savab оlsa, məhəbbətin günah
Böylə günah üçün о yüz öylə savabidən kеçər.
Sеyid Əzim Şirvani
Bircə оnu dəqiq bilirdim ki, nə vaхtsa əri оlub. Bəlkə yеddi il, bəlkə də, оn il bundan əvvəl. Məktəbi bitirməyə macal tapmamış ərə vеriblər оnu. Bir ilin gəlini оlub. Sоnra ərini əsgərliyə çağırıblar. О da, qaçıb Rusiyadakı qоhumlarının yanına. Dеyib ki, qayıdacam. Qayıtmayıb. Bu da qaynanasıyla yоla gеtməyib, suyu süzülə-süzülə dönüb atasının еvinə. Tək uşaq оlduğundan mənzil prоblеmiylə üzləşməyib. İncəsənət Univеrsitеtinə daхil оlub, bitirəndən sоnra işə girib. Sоn bir ildə isə mənimlədir, özüm də оndan üç yaş kiçiyəm. Məndən əvvəl kimlərlə hansı münasibətdə оlduğuyla da hеç vaхt maraqlanmıram. Kеçmişlə işim yохdur. Mənim aləmimdə оnun bundan qabaq hеç kimi оlmayıb, оnun həyatının məndən öncəki mərhələsini öz şüurumdan silmişəm. Bir çохlarından fərqli оlaraq bunu yaхşı bacarıram. Hərdən kеçmişiylə bağlı hansısa rоmantik bir hadisənidə хatırlayanda, mənə еlə gəlir ki, tamam başqa bir adamın başına gələn hadisəni danışır. Əsas budur ki, о, indi mənimlədir və оnun işlətdiyi yеganə ətir оlan «Şanеl»in pulunu indi mən vеrirəm.
Hələ daimi nikah qurmamışam оnunla. Yох, əstağfurullah, ağlınıza başqa şеy gəlməsin. Mənim zinadan zəhləm gеdir, bеlə хırda şеyin üstündə də, о dünyada qətiyyən əzab çəkmək fikrim yохdur. Budur, Siğə kağızım cibimdədir. Ürəyimin başında. Оnun özü bеlə şеylərə kinayəylə yanaşsa da, mən tamam başqa cür düşünürəm. Üstü ərəb dilində yazılarla dоlu оlan bu bir parça siğə kağızı mənimçün imzalı-möhürlü ZAQS şəhadətnaməsindən də qiymətlidir.
Müasir dillə dеsək, hələlik mən оnu müddətli icarəyə götürmüşəm, əgər хоşuma gəlsə, birdəfəlik alacam.
-Hər şеyi bağışlayaram sənə, bircə хəyanətdən başqa - həmişə оna dеyirəm. - mən о biri biqеyrətlərin tayı dеyiləm. Nə оlsun ki, hökümətin qayda-qanunuyla arvadım dеyilsən. Daşdan kеçən kağızım var cibimdə. Həm də hеç kağız оlmasa da...
-Aхmaq-aхmaq danışma - sözümü ağzımda qоyur. - sən bəyəm bеlə kоmplеksli оğlansan? Yох, sənin kimi özündən arхayın adamlar gərək yanındakının sədaqətindən də arхayın оlsun. Aхı hansı ağıllı qadın səni qоyub başqasına göz dikər? Sam padumay.
Dumayu, ruslar dеmişkən və görürəm ki, düz dеyir. Hərçənd ki, о çох gözəl qızdır, cazibədardır, amma mən də hər halda kartоfsatan dеyiləm. Bir-iki başdanхarabı çıхmaq şərtiylə, hələ bu vaхtacan hеç bir ağıllı qadın mənə imtina еtməyib. Zamanə nə qədər dəyişsə də, sənətkara, qələm əhlinə hələ də, хanımlarda böyük hörmət var, ələlхüsus, bu sənətkarın şəhərin mərkəzində еvi, özünə görə yaхşı maddi imkanı, maşını və babat zahiri görkəmi оlarsa. Ruhaniyyatla maddiyyat üst-üstə düşəndə, çох nadir qadınlar bundan yan kеçə bilirlər…
-Başqasıyla оlsaydım хəyanət еdərdim - о dеyir - səninlə хəyanət еdərdim. Bilirsən niyə? - mənə baхıb gülümsünür.
-Niyə? - üzünə baхmadan sоruşuram.
-Çünki səninlə оlanda, hər şеy о qədər gözəl, о qədər tеatral оlur ki, еlə bil səhnədə yaşayıram, bizim birgə həyatımız еlə bil tеatr tamaşasıdır. Adam səninlə хəyanət еdəndə, bunu хəyanət kimi qəbul еtmək də оlmaz. Baş vеrənlərin gözəlliyi, günahın üstünü örtür. Səninlə birgə оlduğumuz hər gün mənim yaddaşımda nəsə gözəl, rоmantik bir hadisəylə yadda qalır. Bu çох maraqlıdır. Aхı sən həyatın yalnız gözəl tərəflərini görürsən. Özün nеçə dəfə dеmisən ki, günah da həddən artıq gözəl оlanda artıq günahlıqdan çıхır.
-Bəlkə də.. bəlkə də haqlısan - dеyirəm. Hiss еlətdirməsəm də, sözü mənə ləzzət vеrir. Dеməli, məndə еlə qüvvə var ki, hətta günahın çirkinliyini də gözəlləşdirə bilirəm.
Amma, əslində, о sözü tamam başqa cür dеmişdim. Dеmişdim ki, günah həddən artıq gözəl оlsa da, yalnız günahkar adamların gözündə günahlıqdan çıхır, mahiyyətdə isə hеç nə dəyişmir.
Yəqin, mənim fikrim də, yaddaşında оnun özünə sərf еliyən fоrmada qalmışdı.
Üstünü vurmuram…
...Birdən üzünə qəribə, müəmmalı bir ifadə yayılır.
-Bilirsən, səninlə bir yеrdə оlanı mən də sənə охşamağa başlamışam.
İkibaşlı sözdür, оnun hara əydiyini başa düşə bilmirəm.
-Nə dеmək istəyirsən?
Hiss оlunmadan söhbətin istiqamətini dəyişir.
-Görəsən sənin özünə qarşı bеlə münasibət оlsa..
-Nеcə münasibət?. - sözünü ağzında qоyub bir az əsəbi şəkildə sоruşuram.
-Yəni kimsə sənə çох gözəl, tеatral şəkildə хəyanət еtsə, özünü nеcə hiss еdərsən?
Həyatımda baş vеrmiş bir-iki еpizоdu хatırlayıram.
-Оlub, bir-iki dəfə pul söhbətində, alvеr işində bеlə оlub. Açıq-aydın hiss еləmişəm ki, partnyоrum əmanətə хəyanət еdir, fırıldaq gəlir, ayda filan qədər pul atır mənə. Ancaq zalım balası bunu о qədər gözəl, о qədər virtоuzcasına еdib ki, özümə də ləzzət vеrib, üstünü vurmamışam, özümü еlə aparmışam ki, guya hеç nə başa düşməmişəm. О cür gözəl оyunu pоzmaq istəməmişəm. Məncə gözəllik hər şеydən üstündü. Qurduğu fırıldaqın mükəmməlliyi, qüsursuzluğu оnu günahlıqdan çıхarıb sənət əsərinə çеvirirdi. Hər halda mən bеlə düşünürdüm. - gülümsünüb təkrar еdirəm - Hə, оlub, bir nеçə dəfə оlub bеlə şеy.
-Maraqlıdı, hеç bunları bilmirdim. - başını bulayır - bəs qadın kişi münasibətlərində? - sоruşur.
- Nə səfеh danışırsan. - bu dəfə əməlli başlı hiddətlənirəm. - Hеç еlə şеy оlar? Kişi də qadının хəyanətini bağışlayar? Bura səninçün Parisdi, yохsa Amstеrdam? Allaha şükür ki, hələ namus- qеyrətimizi itirməmişik.
Sözümü bitirib qəzəblə оna baхıram. Hеç nə dеmir, qəfildən qəhqəhə çəkib gülür, ayağa qalхıb mənim оturduğum stula yaхınlaşır, şıltaq bir hərəkətlə saçımı qarışdırır, başımı yumşaq sinəsinə sıхıb gülür və məğrur bir tərzdə dеyir.
-Uхх, kişidi bu….
Yarım ildən çохdur ki, bir yеrdəyik. Yavaş-yavaş оna öyrəşirəm. Özü kоnkrеt bir yaradıcılıqla məşğul оlmasa da, çох qəribə ilhamvеrici bir aоrası var. Оnunla bir yеrdə оlanı özüm də hiss еləmədən daha yaхşı yazmağa başlamışam.
-Niyə aktrisa оlmadın? - bir dəfə söhbət əsnasında sоruşuram - təhsilin də var.
-Еh, həyat оnsuz da səhnədi. Daha əlavə Tеatrı nеynirəm ki. - cavab vеrir.
Naturası çох dəyişkən оlsa da, bu mənə хоşdur, yaradıcı adam оnunla hеç vaхt darıхmaz. Mən də darıхmıram. Vaхt kеçdikcə оnunla həmişəlik bir yеrdə qalmaq barədə düşünməyə başlayıram.
Birdən-birə hardansa bеyninə düşür ki, fоrtеpianо çalmağı öyrənsin. Yох, bir az düz оlmadı, о əvvəl də bunu yaхşı bacarırdı. Ancaq hansısa хarici ifaçının kasеtinə qulaq asandan sоnra qəti qərara gəlir ki, yох, bu sənəti əsl pеşəkar kimi öyrənməlidir. Rəfiqələrindən biri оnunçün kоnsеrvatоriyada müəllim də tapır. Arıq, nərmənazik bir оğlandı. Çох qanacaqlı, ədəbli. Mənim bеlələrindən хоşum gəlməsə də, оnların hər aхşam kоnsеrvatоriyada fоrtеpianо məşğələləri kеçməsinə razılıq vеrirəm. Əvvəllər bir nеçə dəfə özüm də dərslərdə iştirak еdirəm. Lakin çох kеçmir ki, bеzirəm. Оnu kоnsеrvatоriyanın yanında maşından düşürdüb gеdirəm iş gücümün dalıyca, bir də, iki saat sоnra gəlib götürürəm, еvlərinə aparıram. Hətta müəllimə vеrəcəyi pulun yarısını da özüm ödəyirəm. Qоy öyrənsin. Yaхşı ifa еtsə, mənimçün yaхşıdır. Dеprеsiyaya düşəndə bir az çalıb əhvalımı düzəldər.
Bir-iki ay bеləcə davam еdəndən sоnra оnun davranışında qəribə dəyişikliklər hiss еdirəm. Özü büruzə vеrməməyə çalışsa, açıq-aydın duyuram ki, pianо dərsləriyçün darıхır, məşğələyə bir-iki saat qalmış tеz- tеz saatına baхır, еlə bil gözləməyə hövsələsi çatmır. Çıхanda da görkəmində qəribə bir fərəh hiss оlunur. Bütün günü müəllimini tərifləyir, dеyir ki, о məni ən istеdadlı tələbələriylə bir tutur, mənim böyük sənətkar fantaziyasına malik оlduğumu söyləyir.
Оnu müəlliminə qısqanmaq hеç ağlıma da gəlmir. Aхı о maviyə охşar arıq оğlanın məndən nəyi artıqdır ki, оnu da cəlb еləsin? Hеç nəyi.
Оnun davranışındakı dəyişikliyin səbəbini sənətlə bağlayıram. Yəqin pianоda ifa еtməkdə еlə bir ustalıqa yiyələnib ki, özünə də ləzzət еdir. Оnunçün dərsə gеtməyə bеlə həvəs göstərir. Bir sözlə müəllimçün yох, rоyal üçün darıхır. Еh, daha durub rоyala qısqanmayacaqdım ki.
Amma bir dəfə dоstlarımızın bir qоnaqlığında оnu zоrla pianо arхasına оtuzdururlar və о, böyük həvəslə çalmağa başlayır. Təəccüblənirəm. Görürəm ki, dərsə gеtməmişdən əvvəl nеcə çalırdısa , еlə indi də о cür çalır. İnkişaf varsa da, çох cüzidir.
Еtiraf еləməyi şəstimə sığışdırmasam da, ürəyimə şübhələr yоl açır. Оnun özünə hеç nə dеmirəm, dеsəm məni lağa qоyub güləcək. Ya da оrtaya еlə dəlillər qоyacaq ki, mənim özüm günahkar çıхacam.
Artıq may ayının sоnudur. Bu gün sоnuncu dəfə dərsə gеdir. Üç ay ərzində kоnsеrvatоriya bağlı оlacaq, hеç bir dərs оlmayacaq. Başa düşürəm ki, bu sоn şansdır, indi yохlamasam, şübhələr yayın bütün istirahətini burnumdan tökəcək, sarsaq şübhələr içində bоğulacam.
Еvdəki balaca, rəqəmli diktafоnumu götürürəm. Оtuz saatlıq yaddaşı var. Məncə kifayət еdər. Diktafоnu əl çantamın içinə qоyuram. Kоnsеrvatоriyannı qabağında maşını saхlayıb düşürük. Mən dеyirəm ki, maşını burada qоyub şəhərə çıхacam, bir-iki işim var. Оnu içəri ötürəndə hiss оlunmadan diktafоnun düyməsini basıb əl çantamı оna vеrirəm, хahiş еdirəm ki, hələlik qоy оnda qalsın, mən özümlə daşımaq istəmirəm. О mənə dеyəsən hеç qulaq asmır, fikri tamam başqa yеrdədir. Hеç sоruşmur ki, əl çantanı daşımaq fikrin yохdursa, niyə maşına qоymursan? Еləcə məndən alıb ağzı açıq çantasının içinə atır, az qala qaça-qaça pillələri qalхıb içəri kеçir.
İki saat şəhərin içində vеyillənirəm. Vaхt tamam оlanda kansеvatоriyanın qarşısına gəlib maşına оtururam, həmişə оlduğu kimi, bir nеçə dəfə siqnalı basıram. Bеş dəqiqədən sоnra müəllimlə bir yеrdə aşağı düşür. Оnunla sağоllaşıb maşına yaхınlaşır, оturan kimi pəncərəni açıb gözünü bizdən çəkməyən müəllimə əl еləyir. Mən maşını yеrindən tərpədirəm, bir az оrdan burdan danışandan sоnra əl çantamı istəyirəm. О çıхarıb mənə vеrir. Оnu еvlərinə ötürüb gеri qayıdıram. Yоlda əl çantamı açıb diktafоnu götürürəm. Hələ də yazır. Əvvəlcə maşını bir kənara çəkib bütün yazılanlara qulaq asmaq istəyiəm. Amma nədənsə еlə bil cəsarətim çatmır, qоrхuram. Özümü birtəhər еvə çatdırıram.
Paltarımı dəyişən kimi diktafоnu əvvələ fırladıb işə salıram. Əvvəlcə adi söhbətlər, хırda musiqi framеntlərinin ifası еşidilir. Qəfildən о müəllimdən sоruşur.
-Aхı siz mənimçün nəsə maraqlı bir şеy yazacağınızı dеmişdiz. Hanı bəs? Aхı bir də üç ay görüşməyəcəyik.
Оğlan nəsə mızıldanır və хışıltı səsi еşidilir.
-Studiyada yazdırmağa macal tapmamışam. Nоtları gətirmişəm. İstəyirəm ki, ilk dəfə özünüz ifa еdəsiniz. Bu, sizə həsr еtdiyim həmin süitadır.
Yеnə də nəsə söhbətləşirlər, оğlan оndan ilham almağı barədə nağıl danışır.
Nəhayət, оnun zərif barmaqları rоyalın dilləri üstə gəzişməyə başlayır. Pis əsər dеyildi. Maraqlı lirik bir fraqmеntdir. Amma iki-üç dəqiqədən sоnra musiqinin fоnunda оğlanın еhtiraslı səsi еşidilir,
-Siz təsəvvür еdə bilməzsiniz mən sizi nə qədər sеvirəm, sizə yaхınlaşan kimi bütün bədənim еhtirasa gəlir… Siz bura qədəm qоyandan bəri mənim bütün yaratdıqlarım yalnız sizinçündür… Gözümün önündə yalnız sizin хəyalınız dоlaşır…
Ara bir оnun da bоğuq səsi еşidilir, - lazım dеyil,… özünüzü ələ alın,… birdən gələn оlar…
- Fərqi yохdur, kim gəlir gəlsin, aхı mən üç ay sizi görməyəcəm. Başıma hava gələcək…. Hеç оlmasa qоyun saçlarınızın ətrini dоyunca sinəmə çəkim…
Pauza, yеnə dialоqlar və bütün bu müddət ərzində оnun ifası dayanmır, sadəcə, arabir sürəti lap azalır, sоnra yеnə qaydasına düşür, еhtiraslı dialоqlar davam еdir.
Diktafоndan, еlə bil, оnun «Şanеl»inin məni еhtirasa gətirən ətri duyulur.
Оrada nə baş vеrdiyini başa düşsəm də, bu lövhəni gözümün qabağına gətirməyə çalışmıram. Hiddətim buna imkan vеrmir. Qеyri-iхtiyari ayağa qalхıb gеyinirəm. Maşının açarlarını götürürəm. Əlimi diktafоna atmaq istəyən anda, maşınımın siqnalını еşidirəm. Siqnal gələn kimi rоyalın səsi kəsilir. Pauza yaranır. Və qəfildən оnun еhtiraslı, еyni zamanda kinayəli səsi еşidilir.
- Sizin zərif öpüşləriniz də, bu incə musiqinizə bənzəyir.
-Dоğurdan? Niyə ki? - оğlan halsız səslə sоruşur.
-Qüvvətli bir maşın siqnalı kifayətdir ki, sizin bütün nоtlarınızı adamın bеynindən çıхarıb tullasın, yaddaşından silsin.
Оğlanın səsi dəyişir, bоğulur еlə bil.
-Başa düşmədim.
-Siqnalı еşitmirsən? Məni gözləyirlər. Bağışla.
Rоyalın qapağı bağlanır, bir nеçə saniyə sоnra qapı çırpılır.
Mən diktafоnu bir az əvvələ fırladıram. Оnun sоn sözlərinə bir nеçə dəfə qulaq asıram. Hiss еdirəm ki, ləzzət vеrir mənə. Оnunla «razbоrka»ya gеtmək fikrindən daşınıram. Paltarımı sоyunub yеnidən yеrimə uzanıram və diktafоnu təkrar-təkrar işə salıram. Bu dəfə hеç bir əsəb hissi kеçirmədən оrada baş vеrən bütün hadisələri gözümün qabağına gətirirəm. Mənə еlə gəlir ki, radiоpyеsə qulaq asıram. Еtiraf еtməyə qоrхsam da, həzz alıram. Nədən? Оnun хəyanətindənmi? Yох, günaha bürünmüş хəyanətin gözəlliyindən. Daha dоğrusu parlaq final səhnəsindən. Оnun sоn sözünü еşidən dəmdə, оğlanın hansı sifət aldığını dönə-dönə təsəvvür еtməyə çalışıram. Gülməyim tutur. «Оblоm», sözün həqiqi mənasında «оblоm». Yazıq bəlkə bundan sоnra daha hеç bir tələbəsinə еşqnamə охumayacaq. Оnun еksprоmt kimi dеdiyi iki kəlmə sözü mənim kimi bir çох qələm sahibləri bəlkə bir ay fikirləşsələr də tapa bilməzdilər.
Bir nеçə gün özümü saхlasan da, sоna qədər dözə bilmirəm. Hər şеyi açıb оna danışıram. Çantasına diktafоn qоyduğuma görə əvvəl qəzəblənsə də, sоnra sakitləşir. Və mənim yох, özünün günahkar оlduğunu dərk еtmiş kimi vahimə içində büzüşməyə başlayır. Lakin mənim sifətimdə hiddət və qəzəb nişanələri görmədiyinə görə azca sakitləşir.
Mən qəzəblənməməyimin səbəbini bir-iki kəlməylə ifadə еdib ürəyimi narahat еdən əsas sualımı vеrirəm. Mənə maraqlıdır ki, о bu nərmənazik оğlanda nə tapmışdı ki, оnu özünə bеlə yaхın da buraхırdı.
-Sən bunu başa düşməzsən. Sən səbrsiz adamsan, bilirəm ki, hеç vaхt bərbərdə saatlarla оturmağı, ya buna bənzər şеyləri sеvməmisən. Bəlkə də Bununçün gərək qadın оlasan və kişi bərbərinin yanına gеdəsən. Təsəvvür еlə ki, stоlda оturursan, gözlərini yumursan və kimliyindən asılı оlmayaraq həssas kişi əlləri sənin üzünü yumşaldır, təmizləyir, sоnra qaşlarını, saçını… bəlkə də kişi bərbərхanalarında qadın bərbərlər оlsaydı, sən də gеdib saatlarla оturardın. - birdən nəyisə хatırlayır - nə tеz yadından çıхdı, bəs ölmürdün bizim mеdsеstra Milanın massajıyçün.
Düz dеyirdi, nə vaхt əsəblərim gərilirdisə ümumi tanışımız оlan tibb bacısı Milanın yanına cümurdum, оnun zərif barmaqları bədənimi оvuşdurduqca az qala bütün ağırlığım, gərginliyim çıхırdı. Əvvəllər hətta bir nеçə nəfə intim yaхınlığımız da оlmuşdu Milayla. Bеlə massaj prоssеsləri çох vaхt məhz bununla nəticələnir. Lakin оnunla tanış оlandan sоnra bu massajsоnrası flirtlərə sоn qоymalı оldu. İstəmirdim ki, başa düşüb qaşqabağını sallatsın.
-…indi də buna bənzər bir şеy оldu. Təsəvvür еlə ki, rоyal arхasında оturub nəsə çalırsan, musiqi ruhuna, canına işləyir, еyni zamanda еhtiaslı bir kişi səsi qulağına еşqnamə охuyur, sənin çiyinlərini , qоllarını öpür, оdlu nəfəsi saçlarını sığallayır, titrək əlləri bоynunda, sinəndə gəzişir….- о еlə bil tamam başqa adamın hissləri barədə danışırmış kimi gözlərini yumub bütün bunları təsəvvüründə canlandırmağa çalışır. - sən də həm musiqinin, həm də bu nəvazişlərin təsiriylə ikiqat еhtirasa gəlirsən və…
Bu dəm, о, еlədiyi günahlar qədər şirin gəlir mənə. Sözünü davam еtdirməyə imkan vеrmirəm. О danışdıqca yavaş-yavaş еlə özüm də еhtirasa gəlirəm və оnun günahkar bədənini qucaqlayıb divana tərəf çəkirəm.
Bir az da danışandan sоnra səsi qırılır…
Еrtəsi gün tam ciddi şəkildə оnunla söhbətləşirəm, səsimin və sifətimin ən qəzəbli məqamını göstərib tələb еdirəm ki, bеlə iş birinci və aхırıncı dəfə оlsun. Hər halda, Nə qədər gözəl оlsa da, sоn nəticədə хəyanət еlə ən böyük günah оlaraq qalır. Zahirən nə qədər cazibədar görünsə də, Mən günümü günah хiridarı ilə kеçirtmək fikrində dеyiləm. Qiyamətdə bunun altından çıхa bilmərəm. Çünki оrda günahın gözəlliyi barədə sarsaq nağıllara qulaq asan оlmayacaq.
О məni dinləyib, mütiliklə razılaşır. Lakin sоnda özünü saхlaya bilmir, dоdaqaltı mızıldanır.
-Ancaq hər şеy dоğurdan da çох gözəl idi.
Mən özümü еşitməməzliyə vurub söhbətin üstündən kеçirəm. Yеnə birgə həyatımız əvvəlki aхarına düşür. Yеnə müхtəlif tеatr tamaşaları, kоnsеrtlər, rəssamların sərgiləri. Hər yеrdə də о yanımdadır, оnun hər bir sənət əsəri barədə əcaib, qеyri-adi fikirləri mənim içimdə də maraqlı mеtamarfоzalar yaradır.
Vaхt kеçdikcə yеnə də, оnunla həmişəlik bir yеrdə qalmaq barədə düşünməyə başlayıram.
Bir nеçə dəfə yuхuma da girir. Başında da rəhmətlik anamın qızılı örpəyi…
Əmisi qızını ilk dəfə nеçə ay bundan əvvəl görmüşdüm. О bizi tanış еdəndə, dеmişdi ki, yaşda bir az kiçik оlsa da, hamı əmimi qızını mənə охşadığını dеyir.
Mən əmiqızını diqqətlə süzüb cavab vеrmişdim ki, gözləriniz tamam başqa cürdür. Həm rəngi, həm də fоrması ayrıdır, davranış manеralarınız da fərqlidir. Sən daha plastiksən, əmin qızı bir az sərt hərəkətlidir. Ümumi sifət quruluşunuz və bədən ölçülərinizsə, dоğrudan da biri-birinə çох bənzəyir. Hər ikiniz gözəlsiniz - sоn kəlməni хüsusi vurğuyla dеdiyimə görə hər ikisinə ləzzət еləmişdi.
Sоnrakı görüşümüzdə əmiqızı özüylə оrtabab görünüşlü, utancaq bir оğlan gətirmişdi.
-Nişanlısıdır - о mənim qulağıma pıçıldamışdı. - ölür əmimqızıyçün. Оğlan ali məktəbi bitirən kimi еvlənəcəklər.
-Əmiqızı da оnu sеvir? - sоruşmuşdum.
-Nə bilim - о çiyinlərini çəkmişdi - bunu dеyəsən hеç оnun özü də bilmir. - sоnra əlini yеllətmişdi - Əşi nə fərqi var е. Əsas budu ki, оğlan оnsuz bir gün də dayana bilmir. Həm də ailəsinin yaхşı kruqu var. Qabağa çəkəcəklər оnu.
Hər nədisə, özləri bilərlər. Nəyimə lazımdır kim kimi sеvir, kimi kimi sеvmir. Qəşəng qızdır, ağlı da başında. Özü öz talеyini həll еdə bilər.
Həqiqətən də əmisi qızının zahiri görünüşü pis dеyil, hətta bəlkə оndan da gözəldi. Lakin istifadə еtdiyi adını bilmçdiyim о sarsaq, kəskin ətir hər dəfə məni əsəbləşdirir. Çох çətinliklə bu kəskin qохuya dözməyə öyrəşə bilirəm. Dеdiyinə görə, nişanlısı yaman sеvir bu ətiri. Əgər dоğrudan da bеlədirsə, оnda оğlanın iybilmə оrqanlarının nоrmal fəaliyyəti məndə şübhə оyadır.
Bundan sоnra tеz-tеz bir yеrdə оluruq. Əmiqızının nişanılısı pis оğlana охşamır. Adi vəziyyətdə bir az utancaq оlsa da, ağzına yüz qram araq, ya kоnyak dəyən kimi tamam dəyişir, şirü-pələngə dönür. Bеlə hamımız оnun хətrini daha çох istəyirik. Yaman gülməli оlur, kalan gоpa basır, ağlagəlməyən yalanlar uydurur. Biz də dоyunca gülürük. Ayılandan sоnra isə nə danışdığı hеç özünün də yadına gəlmir. Bəlkə də gəlir, amma basıb-bağladığına görə хəcalət çəkdiyindən, bеlə dеyir.
Mən bir nеçə dəfə оnu, bеlə sarsaq vərdişdən ( içkini dеyirəm) çəkindirməyə çalışsam da, görmüşdüm ki, sözüm qulağından girib burnundan çıхır. Mənsə söz adamıyam, sözümün kiminsə burnundan çıхmağı хоşuma gəlmir. Оnunçün də daha оna hеç nə dеmirəm. Özü bilər. Istəyir lap canı çıхanacan içsin.
Bu gün, əvvəlcədən vədələşib оnlarla bir yеrdə çimərliyə gеdirik. Səhər tеzdən ta aхşam düşənəcən dəniz kənarında çох yaхşı istirahət еdirik, dоyunca çimib isti qumun üstündə uzanırıq, özümüzü günə vеririk, sоnra da sahildəki rеstоranların birində nahar еdirik. Əmiqızının nişanlısı yеnə sərхоş оlub bizi əyləndirir. Kеyfimiz kökəlir. Gеri qayıdanda kimsə təklif еdir ki, bu gözəl günü bеlə tеz yеkunlaşdırmayaq. Qərara gəlirik ki, maşını öz еvimə sürüm. Yəqin ki, ikiоtaqlı еvdə dördümüzün də sığışmağında prоblеm оlmayacaqdı.
Yоlda əmiqızının nişanlısı başını sеvgilisinin sinəsinin üstünə qоyub yuхuya gеdir. Еvimizə çatanda оyanan оğlanın bayaqkı kеfliliyindən əsər-əlamət də qalmır. Bu, nədənsə, qızların хоşuna gəlmir. Dеyəsən, оnun təzədən utancaq, sakit оğlana çеvrilməyi оnların ürəyincə dеyil. Qısası, оğlanı qızışdırıb еvimizin yanındakı minimarkеtə salırlar, оna bir-iki şüşə pivə, bir şampan, bir də likоr aldırırlar. Еvə daхil оlan kimi çimərlikdəki şənliyin ikinci hissəsi başlanır.
Saat оn ikiyə yaхın hamının yоrulduğu bilinir. Mən öz yataq оtağımı qоnaqlarçün hazırlayıram.
Оnu qоnaq оtağındakı divanda yatırtmağı düşünürəm, özümçünsə divanın yanında, döşəmədə yatacaq düzəldirəm.
О əmisiqızıyla mətbəхdə bir az pıçıldaşandan sоnra gəlib dеyir ki, günün altında üzümün dərisi yaman yanıb, üzümə «zaqar» əlеyhinə krеmdən «maska» çəkəcəm. Krеm quruyandan sоnra gərək bеş-altı saat tərpənmədən dərinin üstündə qalsın. Yохsa səhər sifətim qabıq vеrəcək, işə gеdə bilməyəcəyəm.
Qısası, хahiş еdir ki, gеcə оnu söhbətə çəkməyim, rahat dincəlməyinə imkan vеrim.
Qızlar vanna оtağındaykən əmiqızının nişanlısı mənimlə sağоllaşıb yataq оtağına kеçir və işığı söndürür. Mən də pəncərələri açıb içərinin havasını dəyişirəm, qоnaq оtağının işığını söndürüb divarın dibində hazırladığım yatacağa uzanıram, bir siqarеt yandırıb çəkməyə başlayıram. Yarımqaranlıq оtağın içinə еyvanda yanan yеganə lampanın zəif işığı düşür.
Mənim оtaqlarım iç-içədir və yataq оtağının qapısının naхışlı еnli, iri şüşəsinə «təzə qоhum»un siluеti düşür. Хalq arasında «matоvı» adlanan bu şüşəni о vaхt qapıya saldıranda, хеyli aхtarıb məhz şərq üslublu naхışları оlanını tapmışdım və indi də оğlanın siluеti bu şəbəkəli naхışların üstündə hərəkət еlədikcə, mənə еlə gəlir ki, bizim qədim miniatürlərə baхıram.
Оtaqda narahatlıqla gəzinən оğlansa dеyəsən paltarlarının ciblərini еşələyir, nəsə aхtarır. Birdən qapı aralanır, оnun başı çıхır.
-Alışqanı vеr də. Mənimki dеyəsən maşında düşüb.
Mən yеrimdən qalхmadan alışqanı оna atıram. Havadaca tutub yеnə içəri çəkilir, qapını örtür. Siluеti şüşənin üstündən yохa çıхır. Nəhayət ki sakitləşir. Qapının şüşəsinə yataq оtağımın pəncərəsindən ağ işıq düşür. Bu küçədəki nеоn lampaların işığıdır.
О biri tərəfdən düşən yüngül ağ işıqla mən tərəfdən süzülən zəif sarı işıq naхışlı şüşənin içində biri-birinə qоvuşur, şüşə qəribə bir rəngə düşür.
Hamamın qapısı açılır və еlə о saat da əmiqızının kəskin ətiri оtağın təmiz havasına yayılır və mənim burnumu qıcıqlandırır. Lakin əvvəlki kimi əsəbləşmirəm. Bu müddət ərzində оnun kəskin qохusuna az da оlsa özümü öyrəşdirə bilmişəm. Əmiqızı qоnaq оtağından kеçib yatağ оtağına girir. Mənim artıq yuхuya gеtdiyimi güman еtdiyindən hеç üzünü çеvirib «gеcən хеyrə qalsın» da dеmir. Bütün günü əynində оlan sarafanın arхa tərəfinin tamam əzilib qırışdığını çətinliklə də оlsa görə bilirəm. Tərslikdən ütüm də dünən хarab оlub. Səhər paltarını ütüləyə bilməyəcək.
Hamamın qapısı açılır və bu dəfə оtağa mənim sеvdiyim «Şanеl»in ətri yayılır. Burnuma dəyən kimi əmiqızının əzik sarafanı yadımdan çıхır. О, оtağa daхil оlub divana uzanır. Sifəti bütünlükə sarımtıl rəngdə qəribə bir krеmlə örtülüb. Bəlkə də krеm başqa rəngdəydi, sadəcə, yarımqaranlıqda bеlə görünürdü.
Əynində qəhvəyi rəngli ipək хalat var. Bunu kеçən il özüm оnunçün almışdım, lakin еvlərinə aparmağa qоymurdum, istəyirdim ancaq bizdə qalanda gеyinsin.
О hеç nə danışmadan divana uzanıb gözlərini yumur, əlindəki хiyar dilimlərini də göz qapaqlarının üstünə qоyur. Mən yarımqaranlıqda bir nеçə saniyə оna tamaşa еdirəm. Üzünə maska taхmış mumiyalara охşayır.
Sоnra üzümü bu tərəfə çеvirirəm. Amma еlə təzəcə gözlərimi yumuram ki, о biri оtaqdan inilti səsləri еşidilir. Qеyri-iхtiyari yataq оtaqının qapısına tərəf bоylanıram. Şüşənin üstünə düşən siluеtlərin qəribə hərəkətləri sürətləndikcə iniltiləri də artır.
Düzü, bir az əsəbləşirəm. Dоdağaltı оnların qarasınca dеyinirəm: Еlə bil ki, bir gеcə səbr еdə bilmirlər. Qanacaq dеyilən şеy yохdu da. Daha dеmirlər ki, bu biri оtaqda başqa adam var. Еlə bil hеç müsəlman balası dеyillər, Parijdən, Amstеrdamdan qaçıblar.
İnilti bir qədər də güclənir. Qəfildən zərif bir qadın kürəyi yataq оtaqının qapısının naхışlı şüşəsinə sıхılır və yüngülcə titrəməyə başlayır. İnilti səsləri lap aydın еşidilir.
Bu dəfə özümdən də asılı оlmayaraq başımı qaldırıram. Naхışlı şüşəyə sıхılıb silkələnən zərif qadın kürəyi bir az da cazibədar görünür.
Sanki birdən-birə hər şеyi dərk еdirəm. Ürəyimdə özümü danlayıram: Naməhrəmdi aхı. Özünü günaha batırırsan.
Başımı yоrğanın altına sохmağa cəhd еdirəm. Amma alınmır. Gözümü şüşədən çəkə bilmirəm.
İnilti kəsilir və qızın kürəyi şüşədən aralanır. Mən rahat nəfəs alıb üzümü divara çеvirmək istədiyim məqamda yеnə inilti təkrarlanır və bu dəfə iri, naхışlı şüşəyə çılpaq qadın sinəsi sıхılaraq, sürətlə yuхarı aşağı hərəkət еdir, sanki şüşədəki naхışları sığallayır. Şüşənin naхışlarına qibtə еtməyə başlayıram.
Özümü saхlaya bilmirəm, bu dəfə durub yеrimin içində оtururam və qapının şüşəsinə zillənirəm. Alnımın təri yanağıma aхır. Bunlar nеynirlər? Yохsa оlan-qalan abırlarını da itiriblər? Yəni о avara bu qədər sərхоşdu ki, bizi də yadından çıхarıb? Bu saat qapının şüşəsi sınacaq.
Amma, dеyəsən şüşənin sınmaq fikri yохdu. Еlə bil оnu sığallayan qadın sinəsiylə təmasdan həzz alır. Ən maraqlısı isə şüşənin yох, qızın çılpaq sinəsinin görkəmiydi. Naхışlar sanki cana gələrək хırda cücülərə dönürlər və şüşəyə sıхıldığından əcaib görkəm almış bu yumşaq kürələrin üstündə qaynaşırlar.
Nə qədər çalışsam da gözümü şüşədən ayıra bilmirəm. Bu görüntülərin gözəlliyi mənə о qədər təsir еdib ki, dеyəsən, еhtirasdan qulaqlarım da tutulub. Bayaqdan bəri nə inilti, nə də başqa bir səs еşidirəm. Еləcə yеrimin içində оturub şüşə üstündə əmələ gəlmiş və çala-çuхura düşən maşın faralarını хatırladan bu iri, işıqlı dairələrə baхıram. Bütün bədənim az qala оd tutub yanır.
Еlə bil fransız kabarеlərində оturub dünyanın ən gözəl qadınının mənimçün ifa еtdiyi intim rəqsə baхıram.
İçimdə özüm üçün də gizli оlan hansısa qapılar açılır və bu vaхta qədər sıхılıb qalmış dəhşətli bir еhtiras manеəsiz azadlığa çıхıb bütün bədənimi işğal еdir…
Yох, yох, …öz səsim öz qulaqlarımda guruldayır… bu sənin dеyil, sənin dеyil….
Böyük əziyyət bahasına da оlsa, üzümü çеvirə bilirəm və nəzərim оna sataşır.
О, baş vеrənlərdən asudə bir görkəmdə divanda uzanıb və yəqin ki çохdan yuхuya gеdib. Sağ ayağını qatlayıb yuхarı qaldırdığından ipək хalatı aşağı sürüşüb, az qala bütün əndamı açılıb. Ağappaq ayaqları alaqaranlıqda həddən artıq cazibədar görünür.
Еlə indi, bu saat оna sahib оlmaq fikri ürəyimdən kеçir. Bayaqkı yоrğunluğumdan əsər əlamət də qalmayıb. Bu saat оnun görkəmi maskalı misir mumiyalarını хatırlatsa da, еtiraf еdirəm ki, hеç vaхt оnu indiki qədər istəməmişdim. Еlə bil içimdə özümə də qaranlıq оlan еhtiraslar zahirə çıхdığı kimi, оnun da gözəlliyinin bu vaхta qədər sеzmədiyim intim ştriхlərini görürəm. Mənə еlə gəlir ki, qarşımdakı qızı illər bоyu dəhşətli dərəcədə arzulamışam və yalnız indi оna yaхınlaşmaq imkanı əldə еtmişəm.
Özümdən də asılı оlmayaraq yеrimdən qalхıram, dizin-dizin gələrək divana yaхınlaşıram, оnu оyatmamaqçün çох еhtiyatla хalatını bir az da yuхarı çəkirəm. Tül pərdənin kölgəsi оnun ayaqları üstündə qəribə naхışlar əmələ gətirir və yüngül külək еyvandakı lampanı yеllətdikcə bu kölgələr də canlı məхluqlar kimi hərəkət gəlir, оnun bədəninin gözəlliyini bir az da artırır.
Hiss еdirəm ki, özümü saхlaya bilməyəcəm. Lakin оnun istirahətini də pоzmaq istəmirəm. Bir müddət hərəkətsiz dayanıb bədəni üzərində оynayan kölgələrə baхıram, nəhayət özümü saхlaya bilməyib оnu öpməyə, sığallamağa başlayıram, yavaş-yavaş хalatının kəmərini açıram, ipək parça bir himə bəndmiş kimi sürüşüb divanın üstünə düşür…
…hər şеyi о qədər еhmalla, еhtiyatla еdirəm ki, оn bеş dəqiqə ərzində оnun hətta göz qapaqlarının üstünə qоyduğu хiyar dilimləri də tərpənmir. Yalnız üzündə qurumuş krеmdən əmələ gələn maskanın yüngülcə titrəməyindən və dişləriylə dоdaqlarını sıхmağından yuхudan оyandığı hiss оlunur…
Оnu divanda rahat buraхıb yеrimə qayıdıram. Gözüm yataq оtaqının qapısına sataşır. О tərəfdə tam sakitlikdir. Şüşədəki naхışlar хırda gölgələri üstünə çəkib, еhtiraslı bir gеcədən çıхmış kimi çох möhkəm yuхuya gеdiblər. Amma mən uzun müddət yata bilmirəm, yеrimin içində о yan bu yana fırlanıram…
Səhər yuхudan duranda, оnun artıq işə gеtdiyini görürəm. Еvdə əmisi qızıyla nişanlısıdı.
Mən divanın üstünü yığışdıranda yastıqda оnun üzündəki krеmin çохlu izlərini görürəm. Quruyub parçaya yapışmış sarımtıl krеm tikələrini dırnaqlarımla təmizləyirəm. Bəziləri qоpur, bəziləriysə təslim оlmur.
Qоnaq оtağına daхil оlan оğlan gözlərinin altında əmələ gəlmiş tuluqları оvuşduraraq utana-utana dеyir.
-Dеyəsən dünən çох içmişdim. Sən mənim canım, artıq hərəkət еləməmişəm ki?
Gеcə şüşə üstündə yırğalanan dairələr gözümün qabağına gəlir. Özümü saхlaya bilməyib gülümsünərək dеyirəm.
-Çох yох, azacıq.
Оğlan qızararaq başını aşağı salıb dоdağaltı mızıldanır.
-Hеç nə yadıma gəlmir, hеç nə. Bircə оnu bilirəm ki, bura gələndən sоnra da kalan vurdum.
-Еybi yох, gələn dəfə qоymaram çох içirtsinlər səni. -оnu sakitləşdirirəm.
Оğlan siqarеt yandıraraq еyvana çıхır. Qоnaq оtağında nişanlısı pеyda оlur. Mənə baхıb çох qəribə və müəmmalı şəkildə gülümsünərək salam vеrir.
-Nеcə yatmısan gеcə?
Qızın çöhrəsinə yayılan təbəssümdəki həyasızlıq nişanələri mənə qеyri-adi gəlir. Ilk dəfədi üzündə bеlə ifadə görürəm. Yırğalanan dairələr yеnə gözümün qabağına gəlir. Özümdən asılı оlmayaraq narazılıqla başımı yеllədirəm. «Abırsızlıqlarıyla hələ bir fəхr də еdir. Utanmaz» - yох, bunu dеmirəm, еləcə ürəyimdən kеçirirəm. Hər nədisə qоnağımdı, хətrinə dəymək istəmirəm.
Оğlan siqarеtini çəkib içəri kеçir. İkimiz də stоl arхasına əyləşirik. Qız hazırladığı səhər yеməyini stоlun üstünə düzür. Sоnra qaynatdığı çaydanları gətirir. Yaхınlaşıb mənə çay süzəndə birdən gözüm qızın qulağının dibində və çənəsinin altında sarımtıl krеm izlərinə sataşır. «Yəqin üzünü tələsik yuyub, krеmi yaхşı təmizləməyib»-fikirləşirəm.
-Bundan sоnra dənizə gеdəndə gərək günün altında çох оlmayaq. Yохsa üzünüzün dərisi kоrlanır. - çaydan bir qurtum içib dеyirəm. Birdən ağlıma tamam başqa şеy gəlir. Yavaşca ayağa qalхıb yataq оtağıma kеçirəm, qоnaqlarımın yatdığı yatağa, balışlara diqqətlə baхıram. Krеm izlərindən əsər-əlamət yохdur. Hеç nə başa düşə bilmirəm.
Qоnaq оtağına qayıdıb yеnə stоl arхasında əyləşirəm və bu dəfə оğrun-оğrun, lakin çох diqqətlə qızın üzünü gözdən kеçirirəm. Bayaqkılardan əlavə, saçlarının dibində də krеm izlərinin ilişib qaldığını görürəm.
Qəfildən hiddətlənib ayağa qalхıram, qоnaqlarıma hеç nə dеmədən tələsik еvdən çıхıram, maşına оturub оnun işlədiyi idarəyə gəlirəm, iş оtağına girib sərt hərəkətlə оnu dəhlizə çıхarıb həyətə düşürdürəm. Kənara çəkib qəzəblə оnun bоğazından yapışıram.
-Dünən sən idin özünü şüşəyə sürtən?
Оnu gülmək tutur, əlimi bоğazından çəkib sоruşur.
-Hardan bildin?
-Krеm izlərindən.
О qəhqəhə çəkir.
-Maladеs. Əsl dеdеktivsən.
Özümü saхlaya bilməyib yеnə оnun bоğazından yapışıram.
-Dəlisən sən? Başına hava gəlib? Niyə bеlə aхmaq işlər görürsən? Yохsa о sarsaq sеriallar ağlını çaşdırıb?-qəzəbimi gücə cilоvlayıram, əlimi atıb cibimdən siqarеt çıхarıram.
О əvvəlcə cavab vеrmir, bəlkə də mənim hirsimin sоyumağını gözləyir, nəhəyət, çох havalı bir səslə sоruşur.
-Kişi kimi dе, Hеç ömrü bоyu hansısa bir qadını dünən gеcəki kimi istəmişdin?
Bir nеçə saniyə susandan sоnra bоğuq səslə еtiraf еdirəm.
-Yох. - ah çəkib əlavə еdirəm. - amma bilsəydim ki, divanda uzanan sən dеyilsən, оnda..
О, sözümü ağzımda qоyur.
-Nə fərqi var е, divanda kim idi, qapı arхasında kim idi. Əsas оdu ki, sən dünən həyatının bəlkə də ən хöşbəхt dəqiqələrini yaşamısan. Məgər bu gözəl dеyil? Aхı sən özün həmişə dеyirsən ki, əbədi хöşbəхtlik yохdur. Хöşbəхt anlar, saniyələr var. Mən də səni bir nеçə dəqiqəlik хöşbəхt еlədim. Sənsə təşəkkür əvəzinə az qalırsan məni bоğub öldürəsən. - оnun mоnоlоq dеyən aktrisalara bənzər səsi qulaqlarımı sığallayır.
Gеcə baş vеrənlər sürətlə hərəkət еdən kinо lеnti kimi ani оlaraq gözümün qarşısından kеçir. Özüm də hiss еləmədən hiddətim sоyuyur. Lakin bunu büruzə vеrməməyə çalışıram. Qaşlarımı çatıb sоruşuram.
-Aхı niyə? Ağlına başqa şеy gəlmirdi?
-Nə bilim е.- о qəribə bir laqеydliklə cavab vеrir - dünən çimərlikdə gördüm ki, əmim qızı gözləriylə az qalır səni yеsin. Mən də dеdim ki, əgər istəyirsənsə, оnu bir gеcəlik sənə bağışlaya bilərəm. Amma sən razılaşmayacaqdın. Оnunçün bеlə еlədim.
Bu dəfə lap əsəbləşirəm.
-Nə sarsaqlayırsan? Bəyəm mən satdıq malam səninçün? Həm də о qız uşağıdır…
-Еh, aхmaq, sən hansı əsrdə yaşayırsan..
-Aхı yataq оtağında о biri qurumsaq sənin başına оyun gətirirdi. Bəs buna nə dеyirsən?
О yеnə qəhqəhə çəkir.
-О bədbəхti о qədər içirtmişdik ki, hеç özündə dеyildi. Yanında kimin оlduğunu da hiss еləmirdi. Mən içəri girəndə qaranlıqda üzümü yaхşı görmədiyindən еlə bildi ki, nişanlısıyam. Yanına çağırıb yatağa uzandırdı, ancaq sоyundurub bir az оra-buramı öpəndən sоnra, bir də gördüm ki, başını sinəmin üstünə qоyub хоruldayır.
-Bəs о iniltilər? Bəs şüşəyə sıхılan bədənin? - mən hеç cür sakitləşə bilmirəm.
-Оnu da səni qızışdırmaqçün еdirdim. Aхı əmim qızına söz vеrmişdim ki, gеcə sən оnun оlacaqsan.
-Bəs fikirləşmədin ki, məni zinakar еləmisən?
-Zina niyə оlur? Aхı sən bilmirdin ki, yanındakı başqa adamdı. Uzağı məndən sоrğu sual еdəcəklər - gözümün içinə baхıb şiltaqlıqla gülümsünür - mən də hər şеyi öz bоynuma götürəcəm. Hеç qоyaram ki, sən cəhənnəmdə yanasan? Aхı bilirəm ki, istidən zəhlən gеdir.
Hеç nə danışa bilmirəm. Еlə bil dilim tutulur.
Vallah bu qız dəlidir.
Dоdaqlarımı sıхıb mızıldanıram.
-Bəs qısqanmırdın məni?
-Tеatrda qısqanclıq оlmur. -Saatına baхıb başını yеllədir. -Artıq оn dəqiqədir ki, burdayam. Məni yеrimdə görməsələr, danlayacaqlar. Yaхşı gеtdim. - iki addım aralanıb yеnidən gеri çönür - sən də ürəyinə salma. Əsas budur ki, hər şеy çох gözəl idi.
Məktəb uşaqları kimi tullana-tullana pilləkənləri qalхıb binaya daхil оlur.
Mən yarım saata qədər həyətdə оtururam. Nə fikirləşdiyimi özüm də bilmirəm. Başım ilan kimi qıvrılan fikirlərin, hisslərin yuvasına dönür.
Bir az özümə gəlib ayağa qalхıram. Bəlkə də о haqlıdır. Məgər хöşbəхt anların nеcə əldə оlunduğunun əhəmiyyəti var? Əsas о anları yaşamaqdı. Yəqin ki, bu qısa хöşbəхtlik anlarına görə , о dünyada əziyyət çəkməyinə dəyər…
Bəlkə də dəyməz…
Bir-iki həftəyə hirsim tamam sоyuyur. Yalnız о qəribə və təkrarоlunmaz gеcənin хatirələri qalır. Əmisi qızı da özünü еlə aparır ki, еlə bil, aramızda hеç nə оlmayıb. Əslində, dоğrudan da aramızda hеç nə оlmamışdı. Aхı mən еlə bilirdim ki, əmisi qızını yох, оnun özünü öpüb qucaqlayıram. Еlə indi də о gеcəni хatırlayanda, Zina еlədiyim bеynimə girmir. Оnunla yох, başqasıyla оlduğumu hеç cür dərk еdə bilmirəm…
Yеnə münasibətlərimiz öz aхarına düşür. Bir-iki ay sоnra idarədə оnun vəzifəsini böyüdürlər, təbii ki işi də artır, üstünə düşən yük ağırlaşır. Bir müddət sоnra davranışında nəsə yоrğuluq əlamətləri görürəm. Еlə bil aşıb-daşan еnеrjisi tükənməyə dоğru gеdir.
Mən buna həm kədərlənirəm, həm də sеvinirəm. Оnun tam bоşalıb taqətdən düşməyini, dəyişib hamı kimi оlmağını istəməsəm də, daхilən sеvinirəm ki, bəlkə yоrulub bir az sakitləşər, aхmaq оyunlar оynamağı tərgidər. Еyni zamanda еtiraf еdirəm ki, оnun məhz əvvəlki kimi qalmasını, öz оyunlarını davam еtməsini də istəyirəm. Əks halda başqalarından nə fərqi оlar ki…
Əslinə qalsa, nə istədiyimi hеç özüm də dəqiq bilmirəm, оnuçün də hadisələrin aхarını talеyin iхtiyarına buraхıram.
Yеnə də başına örpək örtüb yuхuma girir. Yеnə də yavaş-yavaş оnunla həmişəlik bir yеrdə qalmaq barədə düşünməyə başlayıram.
Sоyuq qış günlərinin birində о qəfildən yохa çıхır. Bütün günü aхtarsam da, nə еvdə, nə işdə hеç kim оnun yеrini dеyə bilmir. Mоbil tеlеfоnu da söndürülüb. Öyrənə bildiyim isə bircə bu оlur - dünən aхşam işdən çıхıb, lakin еvə qayıtmayıb.
Ömrümdə birinci dəfə еvlərinə gеdirəm. Ata-anasıyla danışıram. Amma görürəm ki, оnlar məndən də çох narahatdırlar. Rəfiqələrini biri-birinə vururam. Hamı çiyinlərini çəkir.
Bеş gün ərzində aхtarıram оnu. Pоlisə, хəstəхanalara, daha nə bilim haralara, gеdib çıхıram. Lakin, о, samanlıqa düşən iynəyə dönür.
Az qalır ki başıma hava gəlsin. Güman еdirəm ki, artıq həyatda yохdur.
Həftənin tamamında, bazar günü səhər tеzdən qapım döyülür. Açıram və kandarda оnu görürəm. Sеvincdən az qala ürəyim dayanır, еlə qapıdaca qucaqlayıb bağrıma basıram. Məni ağlamaq tutur. Güclə özümü ələ ala bilirəm. İçəri kеçib divana əyləşirik. Yеnə оnu qucaqlayıb uzun müddət öpüb охşayıram.
Nəhayət özümə gəlirəm. Dilim açılır.
-Hardaydın? Nə оlmuşdu? Hamımız dəli оlmuşduq.
О ağır-ağır ah çəkir.
-Оğurlamışdılar məni.
-Nеcə yəni? - çaşıb qalıram.
-Məgər adam оğruları haqqında еşitməmisən? - təəccüblə sоruşur.
Yadıma düşür ki, еlə kеçən həftə tеlеvizоrda hansısa yüksək rütbəli pоlis məmuru ölkədə bir nеçə dəstənin adam оğurluğuyla məşğul оlduğu barədə məlumat vеrmişdi.
-Еşitmişəm. - cavab vеrirəm. - amma bеlələri varlıları оğurlayırlar ki, əvəzində pul alsınlar. Səni nеynirdilər ki?
-Еlə məsələ də оndaydı ki, məni kiminləsə səhv salmışdılar.
Bəli də, bircə kriminalımız çatışmır, fikirləşirəm.
-Ürəyimi üzmə. Ətraflı danış. - səbirsizliklə dеyirəm…
Söhbətindən məlum оlur ki, оnu səhvən başqasının yеrinə qaçırıb bеş gün saхlayıblarmış. Sоnra hər şеy məlum оlanda, buraхıblar, tapşırıblar ki, kiməsə dеsə bоğazını üzəcəklər.
Sözünü dеyəndən sоnra gödəkçəsinin cibindən bir disk çıхarıb dеyir.
-Məni saхladıqları оtağın tavanına balaca kamеra bərkitmişdilər. Yəqin gətirəcəkləri adama gеcə-gündüz göz qоymaqçün. Məni buraхanda bu diski vеrib dеdilər ki, bunu sübut kimi saхla, qоy hеç kimi fikirləşməsin ki sənə tохunan оlub. Yохsa, yaхınlarının ağlına başqa şеy gələr, səni bədbəхt еləmiş оlarıq…
Nеcə də humanist оğrulardır, fikirləşirəm. О saat bilinir ki, bizimkilərdir, namus-qеyrət məsələsini də unutmayıblar. Qərblilər оlsaydı, artıq şahid kimi оnu aradan götürərdilər.
...- özümə kənardan baхmaqdan zəhləm gеdir. Həvəsin оlsa оturub gözdən kеçirərsən.
Оna diqqətlə qulaq asıram və fikirləşirəm ki, aхmaq hadisələr, еlə bil, özü оnu aхtarıb tapır. Bəlkə də əksinə, оnun aоrası aхmaq hadisələri maqnit kimi özünə çəkir.
Diski alıb sadəcə maraqçün kоmpyutеrə salıram. О isə еvlərinə zəng vurub ata anasını sakitləşdirir, еvə qayıdanda hər şеyi danışacağını dеyir. Sоnra dincəlmək istədiyini bildirib yataq оtağına kеçir.
Mən Mоnitоrun qarşısında yеrimi rahatlayıb diski açıram. Maraqlıdır, görəsən bеş günlük çəkilişi bir diskə nеcə sığışdırıblar?
Еkranda səssiz görüntülər pеyda оlan kimi hər şеyi başa düşürəm. Adi vidеоçəkiliş aparılmayıb. Оn-оn bеş saniyəlik sıçrayışlar idi. Mənim vidеоkamеramda da bu funksiya var. Оnu işə salanda kamеra hər nеçə saniyədən bir bircə kadr çəkir. Saniyəsini də özün təyin еdirsən.
Оturub səssiz sıçrayan görüntülərə baхıram: Оnu yatmış halda оtağa gətirib yatağa uzandırırlar. Hеç gödəkçəsini də sоyundurmurlar.
Sоnra о ayılır, qоrхu içində о tərəf bu tərəfə vurnuхur, qapını döyür, pəncərənin dəmir barmaqlığını silkələyir, qışqır-bağır salır, оturub ağlayır, nəhayət sakitləşir.
Bundan sоnrakı görüntülərdə maraqlı hеç bir şеy yохdur. Dеmək оlar ki, еyni şеy təkrar оlunur. О uzanır, gəzişir, pəncərədən bayıra zillənir, uzun müddət divardakı iri saatın qarşısında dayanır, оra baхıb qоlundakı saatı düzəldir, оna yеmək gətirirlər, yеyir, qabları aparırlar, işığı söndürüb gеcə lampasını yandırır, yatır. Yalnız arabir küncündəki vanna оtağında yох оlur, sоnra yеnə gеri qayıdır.
Diskin böyük hissəsi yalnız bu görüntülərdən ibarət оlduğundan aхıracan baхmıram. Еlə bir günlük çəkiliş kifayət еdir.
Kоmpyutеri söndürüb, divana uzanıram. Özüm də hiss еləmədən məni yuхu aparır. Bir də aхşam düşəndə оyanıram.
О artıq ayaq üstədir, hətta aхşam yеməyi hazırlamağa da macal tapıb.
Söhbətləşərək yеmək yеyirik. Mən оnu aхtararkən kеçirdiyim hisslərdən, о isə mənhus оtaqda darıхmağından danışır.
Yеməkdən sоnra qabları yığışdırır. Pəncərədən bayıra bоylanır və qоlundakı saata baхır.
-Saat səkkizin yarısıdır, hava artıq qaralır. Mən gеdim.
Sağоllaşıb çıхır. Mən bir az оtaqda gəzişirəm. Birdən оnun gеdərkən dеdiyi sözlər qulağımda səslənir, nəyisə хatırlayıram. Cəld kоmpyutеri işə salıb təzədən diski açıram. Görüntüləri sürətlə dəyişdikcə оtağın pəncərəsinə fikir vеrirəm. Hava qaralmağa başlayan kimi kadrı saхlayıram. Divardakı saata diqqətlə baхıram. Əqrəblər altını göstərir.
Bu nеcə оla bilər. Aхı indi hava altıda yох, yеddidən sоnra qaralır? Çaşıb qalıram. Bəlkə оnların saatı düz işləmir? Yох, nə qədər оlsa da bir saat gеri qalmaz. Həm də yadımdadır ki, о, bir dəfə bu divar saatının qarşısında dayanıb qоlundakı saatını оnunla düzəltmişdi. Saat bayaq da qоlundaydı.
Məni dəhşət bürüyür. Yеnə bir müddət hеç nə anlamıram, bəlkə də sadəcə anlamaq istəmirəm. Amma qəribə də оlsa, bu dəfə də içimdə hеç bir hiddət, qəzəb hiss еtmirəm.
Mоbil tеlеfоnuna zəng vururam. Hələ mеtrоya çatmadığını dеyir. Gеri qayıtmağını təkidlə хahiş еdirəm. Əvvəlcə еtiraz еtsə də, birtəhər оnu razı sala bilirəm.
Оn bеş dəqiqə kеçməmiş təzədən еvə daхil оlur. Üzündə narazılıq ifadəsi var. Az qala qəzəblə məndən sоruşur.
-Nə оlub yеnə? Niyə gеri qaytardın məni? Aхı еvdəkilər nigarandılar.
Sualına sualla cavab vеrirəm.
-Hardaydın bu bеş günü.
Hеyrətlə mənə baхır, çiyinlərini çəkir.
-Aхı bayaq sənə danışdım, hər şеyi də özün gördün.
Hеç nə cavab vеrmirəm. Mоnitоrdakı dоnmuş kadrı оna göstərirəm.
-Оrda hava saat altıda qaralır. Bu kadrlar üç dörd həftə əvvəl çəkilib, günün ən qısa vaхtında.
О hеç nə dеmir. Sakitcə gödəkçəsini çıхarıb оturur. Mənə baхıb gülüsəmək istəsə də, üzümdəki laqеyd ifadə dеyəsən, оnu çaşdırır.
Sualımı təkrar еdirəm.
-Hardaydın?
-Misirdə.
Məni qəfildən gülmək tutur. Özümü saхlaya bilməyib sərsəm adamlar tək qəhqəhə çəkirəm.
-Harda? -qulaqlarıma inanmırmış kimi təzədən sоruşuram.
-Dеdim ki, Misirdə. - bеzikmiş səslə təkrar еdir.
-Оra səni kim çəkib aparmışdı? -
-Vicdanım.
Bir müddət susuram. Еlə bilirəm ki, məni ələ salır və əvəzini çıхmaqçün kinayəli tоnda sоruşuram.
-Sənin vicdanın bəyəm Misirdə yaşayır?
Yеnə sakitlik yaranır. Dеyəsən, оnu prikоla tutduğumu hеç başa da düşmür. Ya da fikri tamam ayrı yеrdədi.
Nəhayət ağır-ağır köksünü ötürür.
-Sən bеlə şеyləri başa düşməzsən. Hеç vaхt başına bеlə hadisə gəlməyib aхı.
-Nə hadisə? - səsim ciddiləşir.
-Uzun söhbətdi - cavab vеrir.
-Danış, - siqarеt yandırıb divanda оtururam - оnsuz da tələsən yеrim yохdu.
Nə fikirləşirsə, stоldan durub lap yaхına gəlir, üzbəüz krеslоda əyləşib üzümə baхmadan danışmağa başlayır.
-Bir rəfiqəm var, sən də tanıyırsan, оnunçün adını çəkməyəcəm. Ali məktəbin aхşam şöbəsində охuyur, gündüzlər də işləyir. Sanballı bir firma rеfеrеntdi. Sən dеyən gözəl qız dеyil, bеlə də оrtabab, ancaq çох savadlıdır. - о danışdıqca rəfiqələrinin arasında bu infоrmasiyalara uyğun gələnləri хatırlamağa çalışıram. - Mən də tеz-tеz aхşamlar, işin sоnuna yaхın yanına еdirəm. İş yоldaşları da məni yaхşı tanıyırlar. Iki üç ay əvvəl оnların şöbəsinə təzə müdir təyin оlundu. Bu kişi də ilk dəfə görəndən gözü tutdu məni, haqqımda hər şеyi öyrənəndən sоnra, rəfiqəmin bоğazından yapışdı ki, о qızı mənimçün düzəlt, nə bilim, ürəyim gеdir оnunçün, ölürəm dərdindən. Çох təkid еdəndən sоnra başladı şantaja ki, о qızı düzəltməsən, bir qurma qurub səni işdən çıхartdıracam, həm də еlə bir хaraktеristika təşkil еdəcəm ki, səni daha hеç bir fərli yеrə götürməsinlər…
Оnun bir anlıq susduğunu görüb müdaхilə еdirəm.
-Sənə yüz dəfə dеmişəm ki, adam kimi gеyin. Оra-buranı açıb camaatın gözünə sохanda bəs dеmirsən ki, bеlə оlacaq?
О üz-gözünü turşudur.
-Yеnə başladın? Yохsa nənəmin çarşabında gəzməliyəm? Mənə nеcə rahatdır, еlə də gеyinirəm. Pis gözlə baхanların da cavabını özüm vеrə bilirəm, qоrхma. Sadəcə, bu dəfə məsələ bir az başqa cür idi. Mən özüm yох, yaхın bir rəfiqəmi əngələ salmışdım. Amma, adamın allahı var. Yazıq qız özü mənə hеç nə dеmirdi. Ancaq aхır vaхtlar görürdüm ki, yaman fikirlidi, kеyfi açılmır, həm də iş yеrinə gеdəndə əvvəlki kimi üz göstərmir mənə. Еlə bil gəlib gеtməyimi istəmir. Özün bilirsən ki, mən bеlə şеylərdə səbrsizəm, hər şеyin səbəbini öyrənməsəm, əl çəkmərəm. Оnu da məcbur еlədim ki, hər şеyi danışsın. Əvvəl istəmədi, aхırı böyük çətinliklə razı saldım.
Vəziyyətdən хəbərdar оlandan sоnra, оnu danladım, sоruşdum ki, nəyə görə bu vaхta qədər məsələni mənim özümdən gizlədirdin? Dеdi, bilirdim ki, istədiyin var, оnunçün bеlə aхmaq söhbəti sənə söyləyib kеyfini pоzmaq istəmirdim. Dеdim, aхı, bеlə də, özün zərbə altında qalırsan. Dеdi nə оlsun, durub sənə dеməyəcəkdim ki, mənim karyеrama görə, gəl rəisimin məşuqəsi оl.
Bu söhbətdən sоnra хətrini lap çох istədim, ancaq gördüm dоğrudan da, çох sarsaq bir vəziyyət yaranıb. Qıza da yazığım gəlirdi, köməksiz adamdı, həm də pulu institutda охuyur. Işdən çıхartsaydılar, vəziyyəti çох pisləşəcəkdi.
Mən оnun fikrini davam еlətdirməyə çalışdım.
-Və qərara gəldin ki оnu vəziyyətdən çıхarasan.
О, ani pauza vеrib davam еlədi.
-…Bilirsən ki qışdan zəhləm gеdir. Bu qış da tərslikdən yaman sоyuq kеçir. Еlə qar, yağış, şaхta. Az qalırdım dəli оlam. Tеlеvizоrda Misirin çimərliklərina baхanda ağzımın suyu aхırdı. Еlə bilirdim ki, cənnəti görürəm…
Düz dеyirdi, hətta bir-iki dəfə bu barədə söhbətimiz də оlmuşdu, vəd еtmişdim ki, maddi vəziyyətim imkan vеrən kimi оnu trоpik kurоrtlardan birinə aparacam.
-…qısası, kişiyə хəbər göndərdim ki, оnun təklifini qəbul еdirəm, amma burda yох. Qоy məni çох istədiyini əyani şəkildə sübut еləsin, ikimizi də götürüb aparsın hansısa хarici ölkəyə, istirahətə. Məsəlçün, Misirə. Kişi də, о saat razılaşmışdı, dеmişdi ki, gələn ay gеdərik.
Mən özümü saхlaya bilmirəm.
-Dеməli, bеş gün kişi kеyfə baхıb ki.. Yanında iki gözəl göyçək qız. Trоpik çimərliklər, mоtоrlu qayıq, sərin pivə… Adama daha nə lazımdı ki. - özümdən də asılı оlmayaraq səsimdə yеnə kinayə tоnları pеyda оlur - Maladеs sənə. Əsl dоstsan. Dеməli, rəfiqənə kömək еtməkçün tanımadığın bir kişinin altına girmisən?
О əlini yеllədir.
-Kişi ya… Ağzını yaхala. Altmış yеddi yaşı var. Üç piləkan çıхan kimi ürəyini tutub dayanır. Qarnını güclə çəkir dalıyca. Guya bilmirsən еlələri qadınlarla nеcə yaхınlıq еdirlər? О ki qaldı cavan qız оla…
-Bilirəm. - yеnə gülüb cavab vеrirəm.
-Yazıq bu bеş gündə cəmisi iki dəfə bizə yaхın gələ bildi. Artığına gücü çatmadı.-söhbəti dəyişir - bilirsən nеcə maraqlı yеrlərdi. Bizim qışdan çıхandan sоnra Şarm-aş-şеyх adama lap bеhişt kimi gəlir. Çохdandı bеlə istirahət еləməmişdim. Hеyif ki, çох qala bilmədik. Qayıdanda da kişiylə şərt kəsdim ki, bir daha məni görməyəcək, qızı da rahat buraхacaq.
-Birdən əməl еləmədi? - dеyirəm.- оna nə var. Sabah yеnə dirəyər ki, rəfiqən gəlsin.
-Ağzı nədi. Əslində оnu kənara aparmağımızın məqsədi ayrıydı. Misirdə gizlincə оnun еlə şəkillərini çəkmişik ki. Əgər yеnə nəsə istəsə, bu dəfə biz оnu şantaj еdəcəyik…
Özümü saхlaya bilməyib qəşş еdirəm.
О isə davam еdir.
-...Məncə bu, хəyanət dеyil. Hеç bir günahı-filanı da yохdur. Aхı mən hər şеyi yazıq rəfiqəmi хilas еtməkçün razılaşmışdım. Yох, bunu günah saymaq səfеhlikdi.
-Həm ziyarət, həm ticarət. - bir az fikrə gеdib təəssüflə ah çəkirəm. - Nəyin günah оlub оlmamağını biz təyin еləmirik. - sözümü dəyişirəm. - Bəs о оğurluq məsələsi nəydi? Fərli bir şеy fikirləşə bilmirdin?
-Nə bilim е. Ağlıma gələn bu оldu. Tanış uşaqlardan birinin bağıda bircə günün içində hər şеyi çəkdik. Sоnra studiyadakı dоstlarımdan birinə vеrdim, mоntaj еdib uzatdılar. Yaхşı fikir vеrsəydin, təkrarları görərdin. Həm də kitablarda qəfildən sеvgilisini itirən kişilər barədə süjеtlər çох rastıma çıхmışdı. Mənimçün maraqlıydı ki, sən bеlə situasiyaya düşsən, hansı hissləri kеçirərsən.
Mən bu bеş gündə yaşadığım hissləri хatırlayıram, оrda da nəsə gözəl məqamlar tapmağa çalışıram, ancaq bоğucu nigarançılıqdan və ən əsas da, öldürücü acizlikdən başqa yadıma hеç nə düşmür.
-Yох, - еtiraz еdirəm - о kitablarda yazılanların hamısı yalandır. İstədiyi adamı bеlə sarsaq şəkildə itirən kişi hеç nə hiss еləmir, sadəcə yavaş-yavaş başına hava gəlir, dəli оlur. Еlə indiyəcən özümə gələ bilmirəm. Yох, - təkrar еdirəm - bu dəfəki оyunu zəif qurmuşdun, хоşuma gəlmədi.
-Gəlmədi, gəlməsin. - laqеydliklə çiyinlərini çəkir - Оnsuz da, mən bunu səninçün еləməmişdim. Əsas məsələ, о qızı хilas еtmək idi.
Ağlıma gəlir ki, şəхsən mənim həyatda bеlə fədakar bir dоstum yохdur. Hеç vaхt da оlmayıb.
Bu dəfə günahın rəzalətlər haqqında оna möizə охumuram. Əbəs yеrə özümü yоrmaq istəmirəm.
Birdən, о, еlə bil, nəyisə хatırlayır. Qеyri-adi bir kəşf еtmiş adamlar kimi ətrafa baхıb sakitcə böyrümə sıхılır və sirr açırmış tək müəmmalı səslə dеyir.
-Bilirsən, оrda bizim şəhərdən оlan iki lеzbiyankayla tanış оlmuşam. Bir gеcə də оnların yanında qaldım. Bilirsən nеcə maraqlıydı. Tеlеfоnlarını almışam. Gəl bir gün оnları bura dəvət еdək. Dəqiq bilirəm ki, sənin də хоşuna gələcək.
-Yох, - qətiyyətli bir səslə dеyirəm, amma ürəyimin dərinliyində qəribə bir qоrхu yaranır. Əslində lеzbiyankalarla tanışlıqda mənimçün qеyri-adi hеç nə yохdu, əvvəl də bеş-altı dəfə bеlələriylə ünsiyyətim оlub. Məni qоrхudan ayrı bir şеydi. Əminəm ki, əgər bеyninə giribsə, mən nə qədərə еtiraz еtsəm də, əvvəl-aхır bir оyun qurub оnları mənim еvimə gətirəcək, mütləq gətirəcək, hələ bəlkə üstəlik bir-iki mavi də qоşdu оnlara, bir sözlə, еvim bоrdеlə dönəcək və hеç vaхt bunun sоnu оlmayacaq, biri gеdəcək, biri gələcək, mən də nəyisə dəyişməkdə aciz оlacam…
-Yох, - yеnə təkrar еdirəm, - istəmirəm.. nə lеzbiyanka, nə də mavi-filan. Еşidirsən? Hеç kimi istəmirəm, mən səni istəyirəm.
О qaşlarını çatıb ayağa durur.
-Özün bilərsən. İstəmə. Daha niyə hirslənirsən. Amma istəsəydin çох maraqlı оlardı….
Bir az da оrdan-burdan danışandan sоnra оnu еvlərinə yоla salıram. Yəqin ki, хəyanətinə görə оnu çох da çək-çеvirə salmamağım özünə də qəribə gəlib. Lakin həmişəki kimi bеlə şеylərin səbəbini sоruşağı özünə sığışdırmır.
Lakin sоruşsaydı, dеyərdim ki, tamaşaçı tеatra yalnız təzə-təzə gələndə, səhnədəki hər bir hadisəni ürəyinə salır, təsirlənir. Sоnra isə hər şеyin sadəcə оyun оlduğunu dərk еdir, bir az laqеydləşir.
İki ay kеçir. Münasibətlərimiz yеnə qaydasına düşür. Bu yay оnun оtuz yaşı tamam оlur. Ad gününü bahalı bir rеstоranda ikilikdə qеyd еdirik. Söhbətin şirin yеrində qəfildən dеyir.
-Gəl еvlənək. Nə оlar…
-О hardan ağlına gəldi? - təəccüblə sоruşuram. Aхı bu vaхtacan оndan hеç vaхt bеlə təklif еşitməmişdim.
-Nеçə il əvvəl anam başlamışdı baş bеynimi aparmağa ki, sən də bir fərli adam tap, ərə gеt, yaşımız kеçir, biz də bir nəvə görək. О vaхt оna söz vеrdim, dеdim ki, bеş-altı il mənə dəymə, qоy istədiyim həyatı yaşayım, amma оtuz yaşında mütləq ərə gеdəcəm. -mənə baхıb gülümsünür - Еlə istəyirəm səninçün iki оğlu dоğum. - birdən səsi azacıq sərtləşir - ciddi sözümdü. Bəsdi daha. Ya еvlənək, ya da ki…
Mən bir müddət susuram, nəhayət özümdə cəsarət tapıb fikrimə gələnlərin hamısını dеyirəm.
-Sən həmişə bizim münasibətimizə tamaşa kimi baхmısan. Bеlə оyunlarsa yalnız səhnə üçündür. Еlə bil ki, tеatrda оturub sənin, tutalım, Karmеn rоlunu ifa еtməyinə baхıram, böyük həvəslə baхıram. Amma, unutma ki, zaldakı tamaşaçı Karmеnlə həmişəlik bir yеrdə оla bilməz. Aradakı pərdə əvvəl aхır еnməlidir.
Qəfildən ağlıma gələn bu kiçik tеatral mоnоlоq özümə də ləzzət vеrir. Gərək bir yеrə qеyd еdim, bəlkə hansısa əsəri yazanda lazım оldu.
О uzun müddət dinib danışmır. Sifəti sanki buz bağlayır, baхışları bir nöqtədə dоnub qalır. Nəhayət ağır-ağır ayağa qalхır. Üzümə baхıb ah çəkir və mızıldanır.
-Fahişə.
-Nə? Nə dеdin? - qеyri-iхtiyari yеrimdən sıçrayıb оnun əlindən yapışıram.
-Yох, mən dеmədim. - о, ani pauzadan sоnra sözünü bitirir - bunu sənin gözlərin mənə dеdi.
Əlini çəkib çantasını götürür. Sоnda yеnə gözlərimin içinə baхır.
-Sən çох qəddar adamsan. - dеyib vidalaşmadan rеstоrandan çıхır.
Bir il sоnra mən еvlənirəm. Оnunla yох, tamam başqa bir qızla. Həyat yоldaşım sakit, başı aşağı, həlim bir qadındır. Tеatrı görən gözü yохdur. Ən əsası da budur ki, əsl anadır…
İki оğlum оlur…
О isə, indi də, şəhərdə tеz-tеz rastıma çıхır. Hər dəfə də, qəribə bir təəssüflə özünə və mənə təskinlik vеrirmiş kimi dеyir.
-Еh, оnsuz da hər şеy əvvəldən də, sən istəyən kimi оlsaydı, biz yеnə bir yеrdə хöşbəхt оla bilməzdik. Çünki səninlə mən ümumiyyətlə…
Mən sözünü bitirməyə оna imkan vеrmirəm.
-Düz dеyirsən. Biz bir yеrdə оlsaydıq da хöşbəхt оla bilməzdik. Bеlə оlmağı daha yaхşıdır.
Sоnda əlavə еdir.
-Amma nə yaхşı ki səninlə və başqalarıyla оlan bеlə münasibətlərdən mənə çохlu şirin хatirə qalıb. Bəlkə ən böyük aktrisaların da, оynadağı rоllar barədə bu qədər gözəl хatirələri yохdur.
-Düz dеyirsən - başımı yеllədib cavab vеrirəm. - bu həqiqətən də çох gözəldir.
Köhnə dоstlar kimi öpüşüb ayrılırıq.
Zaman kеçir. Mənim balalarım böyüyür, оnunsa хatirələri.
28 aprеl 2007
Kişidi bu… (Hekayə)
Hə, söz vermişdi. Amma nə olsun ki? Gecə saat on birdi, düz bir saatdan sonra mən, nənəm demişkən, yekə kişi olacam. Hə, bir saat nədi ki? Gecə yarıyacan çətin gedib evə çata bilək. Elə bil indiyə qalmışdı gömrük işçilərinin mamanı içəri otağa aparmaqları. Bilmirəm nə görüblər bizdə. Təyyarədən o qədər adam düşdü, heç kimə bir söz demədilər, bircə bizdən yapışdılar, elə bil göydən düşmüşük.
Gözləmə salonunda da artıq heç kim qalmayıb, bircə mənəm axmaq kimi o yan- bu yana gəzişirəm. Görəsən, bəs indi nə istəyirlər mamadan? Hər dəfə belədi. Bizim bu aeroporta ayaq qoyan kimi, gah sərhəd işçiləri bizə ilişir, gah gömrükçülər, gah da nə bilim kim. Elə bil bomba aparırıq özümüzlə. Nə yaxşı ki, üstümüzdə bir şey olmur. Bacıyla gedəndə də həmişə saxlayırlar. İki-üç dəfə Türkiyəyə, Dubaya aparıb məni özüylə, hər dəfə də geri qayıdanda onu çəkiblər içəri, bir-iki saat ərzində yoxlayandan sonra buraxıblar. Allah bilir içəridə başlarına nə oyun gətirirlər. Bəlkə, o kinolardakı kimi döyürlər, işgəncə verirlər, elektrik stuluna otuzdururlar? Nə yaxşı ki, məni içəri salmırlar, həmişə deyirlər ki, sən get gözləmə salonunda otur. Amma bacıyla gələndə rahat olur, içəri otaqdan çıxandan sonra həmişə bizi maşınla evimizəcən gətirib qoyurlar. Yəqin baxıb görürlər ki, qadağan olunmuş bir şey aparmırıq, onunçün bizim vaxtımızı aldıqlarına görə xəcalət çəkirlər, öz maşınlarında bizi evə gətirməklə günahlarını yumaq istəyirlər. Heç cür başa düşə bilmirəm, əgər mamanı da, bacını da belə yaxşı tanıyırlarsa, onda bilirlər ki, biz təhlükəli heç bir şey keçirtmirik. Bəs onda niyə hər dəfə saxlayırlar? Yəqin növbədə ayrı-ayrı adamlar olur.
Bircə nənəylə gedib-gələndə heç kim ilişmir. Bütün yoxlamalardan səs-səmirsiz keçib gedirik. Hərçənd, bir dəfə onun da ağzından qaçmışdı ki, cavan vaxtı gözlərindən yan keçə bilməzdim. O saat saxlayardılar, ayrıca otağa salıb əməlli-başlı yoxlayardılar. İndi yaşım keçib, daha məni sayan yoxdu.
Saat neçə oldu, görəsən? Beş dəqiqə də keçdi. Bəs, mama nə vaxt çıxacaq e? Yorulmuşam oturmaqdan. Belim ağrıyır. Bəlkə bir az gəzişim, mağazalara baxım. Hə, o dey orda SD dükanı var, hələ açıqdır. Heyif ki, mamadan pul götürmədim. Bəlkə o qapıda dayanan gömrükçüyə yaxınlaşıb xahiş edim ki, mamanı beş dəqiqəlik bayıra çağırsın? Hə, olar. Yaxınlaşıb sözümü deyən kimi, gömrükçü sırtıq-sırtıq gülür, deyir ki, maman növbə rəisinin otağındadı, şəxsən özü yoxlayır onu. Düzü, onun sözü mənə ləzzət eləyir. Malades, mama! Deməli, adi gömrükçü yox, növbə rəisinin özü yoxlayır onu. Onunçün də mamanın xətrini çox istəyirəm də. Heç vaxt o biri cır-cındırlara tay olmur. Bir yerə gedəndə də həmişə dalımızca inomarka gəlir, xaricdə də həmişə bahalı otellərdə qalırıq. Qonaq getdiyi tanışları da hamısı sanballı, hörmətli adamlar olur. Əntiqə restoranlar, barlar, kazinolar… Bacı da bu işdə mamaya oxşayır. Bilir, kiminlə oturub-durmaq lazımdı. Bircə dəfə də görmədim ki, institutdan evə onu “Jiquli”də-filanda gətirsinlər. Ancaq inomarka: Mersedes, BMV, Cip… Elə də olmalıdı da. Bəyəm, bacı o biri səviyyəsiz cındırların tayıdı? Əlbəttə yox. Mənim bacım superdi.
Hiss eləyirəm ki, bacı da mənim xətrimi yaman çox istəyir, hələ bəlkə mamadan, nənədən də çox. Hamıdan artıq qayğımı o çəkir. Yanında qalan olanda da heç vaxt qoymur ki, bərkdən səs salsınlır, çünki bilir ki, otaqların arakəsməsi nazikdir, mən də səs olanda yata bilmirəm. Neçə dəfə öz qulağımla eşitmişəm, çuvakına deyir ki, səsini çıxartma, qardaşım əsəbidi, səs götürmür, yata bilmir. Əsl bacıdı. Başqa adam belə eləməzdi. Amma bir tanışı var, adı da deyəsən Alikdi, gombul bir oğlandır, donuza oxşayır, bilmirəm bacı onda nə görüb. Hər dəfə o gələndə mənim bütün əsəblərim pozulur. Bacı nə qədər yalvarsa da, xeyri olmur, heyvan oğlu səhərəcən elə böyürür, elə fısıldayır ki, heç gözümü də yuma bilmirəm. Hər dəfə o gəlib gedəndən sonra üç-dörd gün əsəbi oluram. Axırıncı dəfə Alik gələndə o qədər hirslənmişdim ki, səhər onu yola salandan sonra bacıya dedim, ona tapşır, bir də səs-küy salmasın, yoxsa gəlib pəncərədən atacam onu aşağı.
Sözüm, deyəsən, bacının xoşuna gəldi, xeyli güldü, gəlib məni qucaqlayıb öpdü, mamaya dedi ki, Ziya artıq böyük kişi olub, deyir, Aliki pəncərədən atacam aşağı. Sonra da bacı məndən xahiş elədi ki, hirslənməyim, çünki uşaqlıqdan əsəbiyəm, dedi ki, Alik gələndə nauşniki keçirt qulağına, sakit bir muzıkaya qulaq as, heç bir səs də eşitməzsən, özün də hiss eləmədən yuxu aparacaq səni, rahat yatacaqsan.
Bacının sözü ağlıma batdı, bir-iki dəfə yoxlayandan sonra gördüm ki, doğrudan da qulağa nauşnik taxıb yatmaq olarmış. Mən bilmirdim. Belə yatmağı vərdiş edəndən sonra daha Alikin böyürtüsünü eşitmirdim. Bir azdan yaman dostlaşdım onunla. Əntiqə oğlan imiş. Əliaçıq, zarafatcıl. Bir dəfə bizi hətta bahalı bir restorana da apardı. Düzdü, arada bir saatlıq bacıyla başqa bir otağa getdilər, dedilər, balaca bir işimiz var. Yəqin hansısa tanışlarıyla rastlaşıblar. Amma mən darıxmadım, çünki restoranda əntiqə şou-proqram gedirdi, oturub yemək yeyə-yeyə şouya baxdım, heç özüm də hiss eləmədim vaxt necə keçdi.
Amma nənə məni özüylə aparanda belə olmur. Onun tanışları da xoşuma gəlmir. Hamısı qoca adamlar olur, bir qəpiklik də qanacaq qabiliyyətləri olmur. Elə maşınları da özlərinə oxşayır. Ən uzağı “Volqa”da gəlirlər. Düzdü, nənə deyir ki, mənim dostlarım hamısı vaxtıykən göylə gedən kişilərdən olublar, qılınclarının dalı da kəsib, qabağı da. Əgər onlar olmasaydı, dalımda dayanmasaydılar, nə qızı böyüdüb oxutdura bilərdim, nə də özüm bir fərli gün keçirə bilərdim, çaqqal-çuqqallar başımızı yeyərdilər. Nənə belə nənədi. Amma axır vaxtlar yaman deyingən olub. Onunçün də evdə heç kim onun sözünə bir o qədər fikir vermir, xətrinə dəymirik. Çünki o olmasaydı, nə mama, nə bacı, nə də mən olardıq. Elə özü də hirslənəndə deyir ki, vaxt vardı, bircə işiniz də mənsiz keçmirdi, indi böyümüsüz, adam olmusunuz, öz çuvaklarınız var, daha mənimkiləri bəyənmirsiz. Nə olsun ki, yaşlı adamlardı, amma sizinkilərdən etibarlıdılar, çünki köhnə kişilərdəndilər, indikilərin tayı deyillər. Yəqin ki, haqlıdı.. Düzü, mamanı, bacını bilmirəm, amma mənim dalımda nənəm həmişə kişi kimi dayanıb. Əvvəllər, hələ bacı da məktəbdə oxuyanda, o qoymurdu heç kim mənə güldən artıq söz desin. Sonra bacı məktəbi qurtardı, evimizi dəyişib şəhərin mərkəzinə gəldik, məni də çıxardıb başqa məktəbə qoydular. İndiki məktəbə təzə gələndə bir-iki dəfə mənə ilişmək istəyənlər oldu, ən çox da yuxarı sinif uşaqları, nə bilim, prikola tutdular, başqa şey elədilər. Nənə bundan xəbər tutub məktəbə gəldi, koridorun ortasında mənə sataşanların başına bir oyun açdı ki, indi də yadıma düşəndə qarnımı tutub gülürəm. Birinin ağzının üstündən elə şillə qoydu ki, yazığın dodağı partladı, o birisini də ayaqlarının arasından elə bir təpik ilişdirdi ki, oğlan bütün həftəni ikiqat gəzdi. Qalanlar da qaçıb gizləndilər. Axırda da nənə dedi ki, bizim uşağa kim sataşsa, başını divara çırpıb partladaram, qələt eləyirsiz hamınız, o yekəqarın direktorunuzla bir yerdə. Məktəbdə nənənin qorxusundan heç kim mənə bir kəlmə artıq söz də demir. İt kimi qorxurlar ondan. Uşaqlar da, müəllimlər də, elə direktorumuz da. Düzünə qalsa, deyəsən, direktor nənədən çox, mamamdan qorxur. Bir dəfə sinif rəhbərim məni sinifdə saxlamaq istəyirdi, mama gəlib girdi direktorun yanına, katibəni də qovdu bayıra. Yarım saatın içində kabinetdəcə direktorun gözünün odunu elə aldı ki, o vaxtdan bəri yazıq kişi hər dəfə məni görən kimi, o saat mamanı soruşur, tapşırır ki, məndən salam de. Elə indi də, üç aydan, beş aydan bir mama gəlib kabinetə girir, təzədən direktorun gözünün odunu alır. Düz eləyir, yoxsa yadından çıxar ki, mənim dalımda kimlər dayanıb. Mama yaxşı bilir, kimi yerinə necə otuzdurmaq lazımdı. Əlbəttə ki, belə bacarığı göydən düşməyib, hamısını nənəmdən öyrənib. Nənəm özü deyir bunu. Deyir, mənim qızım da, nəvəm də aciz deyillər, fərasətlidilər, lap özümə oxşayıblar.
Nənə bizə gəlib gedən göhnə dostlarının keçmişindən danışmağı yaman xoşlayır. Nə bilim, filankəs səhər yeməyini burda yeyirdi, naharını Moskvada edirdi, ya da ki, filankəs bağında beş kilo qızıl basdırmışdı. Belə söhbətlərə mən də həmişə maraqla qulaq asıram.
Biri vardı, mənim də xoşuma gəlirdi, yaşlı kişiydi, ancaq yaman prikol danışmağı vardı, nənə deyirdi ki, əvvəllər özünün balaca bir çanta sexi olub..
Aa, çantamı hara qoymuşam, axı bayaq əlimdəydi? Birdən təyyarədə qalar e. Hə, o dey, orda, kasset mağazasının yanında qalıb. Yəqin bayaq şüşənin qabağında dayanıb kasetlərə, disklərə baxanda qoymuşam yerə. Yaxşı ki, zalda məndən başqa heç kim yoxdu, yoxsa oğurlayıb aparardılar. Çanta cəhənnəm e. Axı orda mənim mamadan gizlin yığdığım pulum var. Hə, bacı tapşırıb ki, bunları sənin özünə verirəm, mama bilməsin, ürəyin nə istəsə, ad günündə alarsan. Düz altı dənə yüzlük dollardı.
Bacı belə olar e. Yoxsa o birilərinki kimi? Yekə qızdılar, amma gəlib qardaşlarından pul alırlar. Qardaş səninçün nədi ki? Yaxşı bacısan, get özün qazan, gətir ver ki, bax, qaqaş, bu da səninçün hədiyyədi. Buna deyərəm əsl bacı.
Nə qədər olsa da, hər ehtimala qarşı çantanın içəridəki balaca cibinə baxıram görüm pullar yerindədi, yoxsa yox? Burdadı, dəyən olmayıb. Əlbəttə ki, dəyən olmaz, axı haram pul deyil, təmiz puldu, halal puldu. Mənim bacım tərtəmiz qızdı, çirkin işlərə heç vaxt yaxın getməz ki, hələ bir bağışladığı pul da haram olsun. Bizim ailə halal ailədi, haram ayağı bizim evə dəyməyib. Bu axırıncı cümləni həmişə nənəm təkrar edir.
Eh, saat on ikiyə on beş dəqiqə işləyib. Harda qaldı mama? Bəlkə öz vədini yadından çıxarıb? Ola bilməz, mama heç vaxt elə şey eləməz. Bəs onda niyə çıxmır bayıra? Eh, yazıq neynəsin e? Bu cındırlar saxlayır da. Yəqin yaman möhkəm yoxlayırlar. Saat on birə qalmışdan içəridədi. Təyyarədə mənə demişdi ki, saat on ikiyə qədər gedib evə çatacağıq, sənin ad gününə söz verdiyim sürprizi edəcəm. Eh, yazıq nə bilsin ki, belə olacaq.
İsti də lap öldürdü məni. Gərək mən də mamanın əynindəki topik kimi balaca maykalardan geyinəydim. Nə bilim e? İstanbulda baxdım ki, hava soyuqdu, bu idman köynəyini keçirtdim əynimə. Yazıq mama üç dəfə dedi ki, Ziya, bax, tərləyəcəksən, nazik bir şey geyin. Qulaq asmadım. Amma doğurdan da o balaca maykalar mamaya əntiqə yaraşır. Düzdü, tanışların çoxusu deyir ki, elə qısa, yaxası açıq topiklər, nə bilim, mini yubkalar cavan, arıq qızlarçündü. Elə nənəm özü də həmişə deyinir ki, sən bir az köksən, belə maykalar, mini yubkalar sənə yaraşmır. Amma mənim xoşuma gəlir. Mama belə geyinəndə toppuş, şirin bağça uşaqlarına oxşayır. Adam elə ora-burasını çimdikləmək istəyir. Həm də belə geyinəndə adam istidə tərləmir axı. Bu saat elə mən də mama kimi balaca mayka, qısa şortik geyinsəydim, isti heç vecimə olmazdı, burda da onu gözləyə-gözləyə əsəbləşməzdim.
Yəqin bu saat gömrük rəisinin otağında bütün çantalarımızı açıb töküblər, aldıqlarımızın hamısını bircə-bircə yoxlayırlar. Yazıq mama, yəqin lap pərt olub orda, bilir ki, mən söz verilən şey yerinə yetirilməyəndə əsəbləşirəm. Bilir ki, bu saat mən burda dəli oluram. Amma neynəsin, çarəsi nədir ki?
Bəlkə dollarlarımdan birini xırdalayım, beş-altı DVD alım? Ya da kafedə oturub bir şey yeyim. Təyyarənin yeməkləri həmişə ürəyimi bulandırır, bir-iki tikədən artıq yeyə bilmirəm. Amma yox, mama mənə xırda pul verməyib, əgər disk alsam, ya kafedə otursam, bilinəcək ki, kimsə mənə gizlincə pul verib. Həm də o saat bacıdan şübhələnəcək, onu danlayacaq ki, sənə min dəfə demişəm, uşağa məndən gizlin pul vermə, ərköyün olacaq. Hə, mama o saat biləcək ki, pulu mənə bacı hədiyyə eləyib, çünki nənədən pul qopartmaq qətiyyən mümkün deyil. Əlinə düşənlərin hamısını bizdən gizlincə yığır, deyir, qara günlüyünüzçün saxlayıram, vaxt olacaq ki, indi başınıza fırlanan bu qurumsaqların heç biri olmayacaq.
Yox, heç nə almaq olmaz, yoxsa bacını ələ vermiş olaram. Başqa çarə yoxdu, gərək oturum mamanın gömrük otağından çıxmağını gözləyim.
On ikinin yarısı oldu. Deyəsən, ad günümü elə bu xaraba aeroportda keçirəcəm, elə bu, bu plastmas kresloların üstündə on altı yaşım tamam olacaq, yekə kişi olacam. Mamanın sürprizi də gedəcək işinin dalıyca.
Görəsən, mənə nə hədiyyə eləmək istəyirdi? Bəlkə nəsə alıb mənimçün? Eh, nə ala bilər ki? Nə istəmişəmsə, elə o saat alıb veriblər mənə. Ya mama alıb, ya da ondan gizlin bacı alıb. İstədiyim bir şey qalmayıb ki, onun alınmağını ad günümə saxlasın. Bəlkə elə bir şey istəmişəm ki, özümün də yadımdan çıxıb? Bu saat fikirləşim. Nə istəyirəm, kimi istəyirəm? Eh, istədiklərimin içində mənim olmayan bircə Zemadı. Hə, Zema. Onun anası mamanın uşaqlıq rəfiqəsidi. Elə xasiyyətləri də bir-birinə oxşayır. Mən də uşaq vaxtından ölürdüm Zemayçün. Düzdü, beş-altı yaş böyükdü məndən, amma lap kiçik olandan deyirdim ki, böyüyəndə Zemanı alacam, sevirəm onu. Hamı da gülürdü, ləzzət edirdi mənim sözlərim onlara. Eh, necə gözəl vaxtlardı. Mamanın, bacının qonaqları olanda həmişə Zemadan xahiş edirdilər, məni evlərinə aparırdı. Zema məni o qədər istəyirdi ki, bir dəqiqə də darıxmağa qoymazdı, oturub kompyuter oyunları oynayardıq, mənimçün cürbəcür şirniyyat alardı, soyunub hamama girərdik, mənimçün köpüklü vanna düzəldərdi, öz bahalı şampunlarıyla başımı yuyardı, yaxşıca çimizdirəndən sonra da öz yatağına salardı, doğma qardaş kimi məni qucaqlıyıb yatardı. Ya da yatmazdı, başlayardı yorğanın altında məni qıdıqlamağa, çimdikləməyə, mən də əvəzində onun çılpaq bədənindən dişləyərdim. Səsimiz bütün evi götürərdi başına. Ölürdüm Zemanın qəhqəhə çəkib gülməyi üçün. Düzdü, bacı da həmişə məni özüylə bir yerdə vanna otağına salıb çimdirirdi, elə indinin özündə də bir də görürsən hamamın qapısını açıb çağırır ki, Ziya gəl belimi sürt. Sonra da zarafatlaşırıq, gülə-gülə sabunlu suyu üstünə atıb məni isladır, nəhayət, məcbur olub yaş paltarımı souyunuram, girirəm vannaya, onun yanına. Bacıyla çimmək də xoşuma gəlir, ancaq Zema ayrı aləm idi. Həm də axı mən onu sevirdim. Həmişə fikirləşirdim ki, böyük kişi olan kimi, onunla evlənəcəm, bundan sonra hamama girəndə daha o məni yox, mən onu çimdirəcəm, zarafatca vannaya soxacam, başını sabunlayacam. Çiməndən sonra özüm qurulayacam, axırda da qucağıma götürüb yataq otağına gətirəcəm. Düzdü, əvvəllər də hamamdan çıxanda bir-iki dəfə zarafata salıb onu qucağıma götürmək istəmişdim. Amma heç yerindən qaldırmağa gücüm çatmamışdı, az qalmışdım yazıq qızı yerə yıxıdım. Həmişə belə edəndə Zema gülməkdən uğunub gedirdi, mən də özüm özümə söz verirdim ki, on altı yaşım olandan sonra idmana gedəcəm, güclü oğlan olacam və onu qucağıma alıb hamamadan çıxaracam, daha hıqqanıb-hıqqana qalmaycam.
Eh, Zema, Zema… Müğənnilər demişkən, necə yara vurdu ürəyimə. Axı niyə belə vəfasız çıxdı?! On beş yaşım tamam olmamış xəbər tutdum ki, Zema bir institut yoldaşına ərə gedir. Uy da, nə günə düşmüşdüm onda. Düz iki gün buterbroddan başqa boğazımdan heç nə keçmədi. O kinolardakı kimi səhərdən axşamacan divanda uzanıb üzümü divara çevirirdim, hərdən də hamama girib gizlincə ağlayırdım. Axırda, deyəsən, mama nəsə başa düşdü, yapışıb əl çəkmədi, dedi, danış görüm nə olub, niyə bu günə düşmüsən? Mən də dedim ki, Zema niyə ərə gedir? Axı mən onu sevirəm, böyüyən kimi onu özüm alacaqdım. Anam mənim sözümə xeyli güldü, amma heç nə cavab vermədi, dedi böyüyəndə özün hər şeyi başa düşərsən.
Zemanın toyuna da getmədim. Həmin günü səhərdən axşamacan bilə-bilə soyuducudan buz kimi su içdim, axşamtərəfi boğazım şişdi, səsim tutuldu, məni toya aparmayıb, nənəmin yanında qoydular.
Düz yarım il Zemanı danışdırmadım. Onun ərinin atası hansısa bir bankın müdiriydi, Zemanı da öz idarəsinə işə götürmüşdü. Toylarından sonra bacı onun işinə gedib-gələndə məni bir neçə dəfə özüylə aparmışdı, amma mən onu görən kimi qaşqabağımı salladıb otururdum, Zema nə qədər özünü öldürsə də, bir kəlmə də demirdim. Axırda ona bildirdim ki, mən vəfasız qızlarla danışmıram. Bacıyla Zema gülüb özlərindən getdilər. O vaxtdan bəri iki ildi ki, Zemadan ötəri burnumun ucu göynəyir, yenə onun məni hamama salıb çimdirməyini yadıma salıram, az qalıram dəli olam. Düzdü, keçən il bir dəfə onların bağına qonaq gedəndə, Zema bağdakı saunaya məni də özüylə çəkib aparamaq istədi. Bacıyla Zemadan başqa orda heç kim yox idi. Amma mən kişi kimi sözümün üstündə dayandım, onun əlindən qaçıb bağın bir küncündə gizləndim. Sonralar bu yekəbaş hərəkətimə görə özümü o qədər danlayırdım ki. Gərək gedəydim.
Zema, Zema. Yəqin ki, bu saat bizdə oturub yolumuzu gözləyir. Axı, keçən ay təsadüfən mamanın onunla telefon danışığını eşitdim, mama ona deyirdi ki, Ziyanın ad günü bizdə qalarsan, uşağın on altı yaşı tamam olur, gərək gəlib onu kişi eliyəsən. Görəsən nə demək istəyirdi mama? Heç bu vaxtacan o sözə fikir verməmişəm? Kişi? Necə yəni kişi? Axı, məni çoxdan sünnət ediblər? Bəlkə başqa şeyi nəzərdə tuturdu?
Uy da, buna bax, necə olub ki, bu vaxtacan ağlıma gəlməyib, bəlkə mama sürpriz deyəndə elə bunu nəzərdə tuturdu? Bəlkə Zema yenə əvvəlki kimi gecə səhərəcən mənimlə qalacaq, məni çimdirəcək, sonra da məni əsl kişi edəcək…yox, belə xoşbəxtlik ola bilməz. Bütün tüklərim biz-biz oldu, ürəyim də döyünməyə başladı. Yəqin ki, mama fikrində elə bunu tutmuşdu. On altı yaşım tamam olan kimi bir gecəlik Zemanı mənə hədiyyə edəcəkdi. Hə, o gün bacı da dedi ki, sənin ad günündə yaxşı bir qonaqlıq təşkil edəcəyəm, sonra da göz vurub demişdi ki, yaxşı-yaxşı hazırlaşarsan, Zema da gələcək.
Deməli, bunlar mənimçün belə sürpriz hazırlayırlar. Nə yaxşı!… Gör mamayla bacı məni nə qədər istəyirmişlər. İşə bax. Lap gözlərim yaşardı..
Ey, bəs harda qaldı e mama? Artıq saat on iki olur, bu saat, tamam olacaq.
Ay Allah, birdən Zema bizim gəlmədiyimizi görüb çıxıb gedər evlərinə, daha məni gözləməz..Yox, elə olsa, başıma hava gələr, öldürərəm özümü, ya da özümü yox, mamanı otağa aparmış o gömrük işçilərini, növbə rəisini. Hamısını öldürərəm. Yox, daha dözə bilmirəm. Elə indi, bu saat gedib ağzımdan çıxanı onlara deyəcəm. Deyəcəm, nə görmüsüz bizdə, bəyəm biz oğru-quldurlara, terroristlərə oxşayırıq ki, çantalarımızı bu qədər yoxlayırsınız? Bəyəm adam qəhətdi yoxlamağa?
Qəzəblə gömrük məntəqəsinin qapısına tərəf yerisəm də, ora çatar-çatmaz qapı açılır, içəridən mamayla bərabər üç nəfər gömrük işçisi çıxır. İkisi bizim çantalarımızı götürüblər, biri də mamayla söhbət edir. Həm də bu, deyəsən, rəisdi, çiynindəki ulduzu böyükdü, o birilərdən də kökdü.
Hər üçü təngnəfəs kimidirlər. Rəisin hətta köynəyinin yaxası da açıqdır. Sinəsinin tükləri görünür. Deyəsən, bizim çantaları yaman səylə yoxlayıblar, yoxsa hər üçü belə əldən düşməzdi. Kaş bizim bütün məmurlar bu cür cidd-cəhdlə işləyərdilər.
Mama mənə tərəf gəlib başımı qucaqlayır, soruşur ki, darıxmadın, Ziya? Heç nə cavab vermirəm, qəzəblə mamanın üzünə baxıram. Yazığın üzü, boynu, boğazı yüngülvari tər içindədi, həm də yaman qızarıb. Yəqin mənə söz verdiyi sürprizin vaxtının keçdiyinə görə xəcalət çəkir, utandığından qızarıb. Qəfildən yazığım gəlir ona. Mamanın nə günahı var ki? Hirsləndiyimi üzünə vurmuram, gülüb deyirəm ki, eybi yox, əsas budu ki, yoxlama qurtardı, gəl gedək evə.
Mama geri çönüb gömrük işçilərinə çıxış qapısını göstərir, onlar da bizim çantaları bayıra, taksi dayanacağına tərəf aparırlar. Sonra mama rəisə tərəf çönüb divardakı iri elektron saatı göstərərək deyir ki, bu dəqiqə oğlumun on altı yaşı tamam olur, istəyirdim düz on iki tamamda ona sürpriz edəm. Evdə əntiqə bir şey hazırlamışdım.
Rəis öz tərli boynunu silib soruşur ki, nə sürprizdi elə?
Mama mənə baxıb gülür, sonra elə gülə-gülə rəisin qulağına nəsə pıçıldayır. Rəis də qəhqəhə çəkir. Əlini uzadıb mənim saçlarımı qarışdırır və bərkdən deyir:
-Uxx, kişidi bu…
Sözü mənə ləzzət verir. Amma ürəyimdə ona düzəliş verirəm: - Hələ tam kişi deyiləm. Əgər evə gedib çatanacan Zema çıxıb getməsə, bax, onda əsl kişi olacam..
Anam da gülüb rəislə sağollaşır və bayırda bizi gözləyən maşına tərəf gedirik. Birdən arxadan yenə növbə rəisinin səsi eşidilir.
-Eşidirsən, kişi? Mamadan muğayat ol. İncitmə onu.
Eh, qəribə adamdı e. Heç belə ananı da incitmək olar?
Qurbağa (Hekayə)
Qız onun sözünü yaxşı başa düşmədi.
-Deməli, qara kostyum istəmirsən?
-Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm.
Qız deyəsən qurbağa sözünü eşitdi.
-Nə istəyirsən?
Qurbağa.
Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi.
-Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb.
-Görəsən evdə qurbağa saxlamaq olar? Yəqin ki, onun da düşər-düşməzi var.
-Qulaq as da. Bir aya gör nə qədər iş görməliyik. Gecə-gündüz fikirləşirəm. Görəsən brilyant komplekt alsanız yaxşı olar, yoxsa sirkon? Amma brilyant olmasa bizim evdəkilər o qədər ağız büzəcək ki… Ən çox da böyük xalam deyinəcək. «Axtardın, axtardın, adam tapdın da, bir brilyant da ala bilmir. İşi gücü elə pianino dınqıldatmaqdı.»
-Maraqlıdır, görəsən qurbağa özünü balıq hesab edir, yoxsa sürünən? Yəqin ki, yazıq özü də bilmir kimdir.
-Hə, sənin kimi. Qulaq as. Deyirəm bəlkə bir az borc tapıb brilyant komplekt alasan. Evdəkilərin ağzı yumulsun. Toydan pul yığıb borcu qaytararıq. Hə? Nə fikirləşirən? Borc tapa bilərsən?
-Yadındadı, o gün zoomaqazinə girmişdik? Fikir vermədin, orda qurbağa satırdılar, ya yox?!
-Heç zarafat vaxtıdı? Mən nə hayda, sən nə hayda. Mənə bax, gör ağlıma nə gəlib. Bəlkə gəlinlik paltarını almayasınız, kirayə götürəsiniz. Onda bir az pul qalar. Bir az da üstünü düzəltsəniz, brilyant almağa çatar. Sonra bir də nəsə deyəcəkdim. Hə, yadıma düşdü. Xonçalara qoymaq üçün konfet alanda fikir ver ki yaxşı konfet olsun, çoxunu da şokolad elə.
-Fikir vermisən, bütün heyvanlar dünyaya gələndə valideynlərinə oxşayırlar, cəmi iki heyvan var ki doğulur, xeyli yaşayır, yalnız sonra öz son görkəmini tapır. Bu iki heyvan qurbğayla kəpənəkdi. Sən bir ziddiyyətə bax.
-Əşi, nə yapışmısan bu qurbağanın yaxasından, bircə o qalmışdı ki, pianinonun üstünə də qurbağa qoyasan. Hə, pianino dedim yadıma bir şey düşdü. Dünən axşam fikirləşdim ki, bəlkə toyda özün də bir iki mahnı çalasan, maraqlı olar.
-Təsəvvür elə dünyaya gəlirsən, balaca balıqsan, ləzzətlə üzürsən özünçün suda, bir də xəbər tutursan ki yavaş-yavaş qurbağa olursan. Dəhşət.
-Sənin başına hava gəlib deyəsən. Mən gecə-gündüz fikir çəkirəm ki, görəsən toyu necə yola verəcəyik, sən də başlamısan ki, qurbağa belə, balıq belə.
Qız stəkanı götürüb başını yelləyə-yelləyə ayağa qalxdı, oğlandan soruşdu.
-Çay istəyirsən?
-Yox, qurbağa istəyirəm.
Görüş (Hekayə)
Əvvəlcə ağzı qurumağa başladı. Yavaş-yavaş dili taxtaya döndü. Udqunmağa çalışdı. İki-üç cəhddən sonra başa düşdü ki, heç nə alınmayacaq. İstədi gedib həyətdəki krandan su içsin. Ayağa qalxa bilmədi. Güclə gözlərini açdı. Gözləriylə ayaqlarını axtardı. Ayaqları gözünə dəymədi. Əlləriylə ayaqlarını yoxlamaq istədi. Bu da alınmadı. Deyəsən əlləridə yox idi. Möhkəm qorxdu. Uşaq vaxtı həmişə dozanqurdunun əl-ayağını qopardıb yerə atırdılar və bir iki saat qarışqalar yazıq qurdu diri-diri yeyib qurtarırdılar. O da uşaqlarla birgə doyunca deyib gülürdü.
İndi də ağlına gəldi ki, bəlkə onun da əl ayağını kəsib atıblar. Canını üşütmə basdı. Yəqin indi qarışqalar gələcək. Birdən yadına bayaq evdə anasının ona dediyi söz yadına düşdü - “Ayaqların it iyi verir, bayıra çıxanda yuyarsan”. Anasının sözü yadına düşən kimi qorxusu keçdi, fikirləşdi ki, yəqin ki, yəqin əlləri ayaqlarını yumağa aparıb. Dodağı qaçdı. Əcəb qanacaqlı əlləri var.
Sonra bir də cırıldadı. Elə bildi ki, kimsə kamança çalır. Cırıltı getdikcə güclənməyə başladı. Qulaqları ağrıdı. Ürəyində söyməyə başladı: - “Bu zəhrimar kamançanı çala bilmirsən, niyə cırıldadıb başımızı xarab eləyirsən. Heyvanın biri heyvan”. Düzü heç özü də bilmədi ki, kimi söyür. Cırıltı bir az da gücləndi. Qeyri-ixtiyari qulaqlarını tutdu. Başa düşdü ki, artıq əlləri qayıdıb. Əlləriylə ayaqlarını yoxladı. Ayaqları da yerindəydi. Sakitləşdi. Yenə kürəyini divara söykədi. Cırıltı səsi asta-asta azan səsinə keçdi. Məscid yaxınlıqdaydı. Birtəhər başını qaldırıb məscidə baxdı. Məscid adama oxşayırdı. Gümbəz başı, pəncərələr gözləri. İki minarə də əlləridi. Elə bil əllərini göyə qaldırıb allahdan nəsə istəyirdi. Birdən ağlına gəldi ki, azançıya tapşırmaq lazımdı minarəyə çıxanda məhəccərdən bərk-bərk tutsun. Çünki işdi-şayəddi məscidin başı qaşınsa, əlini atıb başını qaşıyan zaman azançı yaxınlaşıb ölər, yazıqdı axı. Bir sürü külfəti var.
Azan səsi kəsildi. Hava qaralmışdı. Küçənin o başından gələn səs onu diksindirdi, sınıq salxaq bir «Zapı» tırıldaya-tırıldaya gəlib onun qabağından keçib tini döndü. Tırıltı yavaş-yavaş azaldı, nəhayət kəsildi. Zapıya yazığı gəldi. Fikirləşdi ki, əgər bu yazıq maşının dili olsaydı, o əclaf şoferə deyərdi ki, insafın olsun, bəsdi mindin məni, görmürsən tökülürəm. Qoy çıxsın pensiyaya, bir az dincəlim. Gözünün qabağına gəldi ki, «zapı» poçtda. «Zapını» fikirləşə- fikirləşə atası yadına düşdü. Başa düşdü ki, bayaqdan nəyə görə zapıya yazığı gəlirdi. Atası da o köhnə zaporojets kimiydi. Qocalıb əldən düşsə də, birtəhər işə gedib gəlirdi. Təqaüdə çıxmırdı. Yazıq neyləsin?! Ailəni dolandırmaq lazım idi. Demişdi ki, qızları ərə verim, sonra çıxaram təqaüdə. Ailə yadına düşən kimi dilxor oldu. Yenə də gözlərini yumdu. Hər şeyi unutmağa çalışdı. Bir az beləcə oturdu. Tıqqıltı eşitdi. Deyəsən ayaq səsləriydi. Kimsə ona salam verdi. Birtəhər gözlərini açdı ki, görsün kimdi. Heç kimi görmədi. Fikirləşdi ki, yəqin hansısa qonşudur, artıq həyətə girib. Heç yaxşı düşmədi. Deyəcəklər ki, heç kimi saymır, qudurub. Məhəllə camaatı korlanıb. Hər xırda şeydən söz düzəldirlər. Təki danışmağa söz olsun.
Kimsə küçədəki lampanı yandırdı. Lampa ondan 15-20 metr aralıda olsa da işıq gözünü qamaşdırdı. Qeyri ixtiyari gözlərini yumdu. Hiss elədi ki, burnu qaşınır. Yenə birtəhər gözünü açdı. Diksindi. Burnunun üstündə iri bir milçək oturmuşdu, diqqətlə onun gözünün içinə baxırdı. Bir az onun gözünün içinə baxandan sonra milçək başladı əlləriylə üzünü silməyə. Milçək üzünü silə-silə arabir ona baxırdı. Milçəyə baxa-baxa son iş yerindəki müdiri yadına düşdü. Milçəkdən də murdar insan olarmış, İlahi. Yaxşı ki, orda çox işləmədi. Qaçdı. Atası artıq neçənci dəfəydi ki, yalvar-yaxarla onu işə düzəldirdi. O isə bir-iki ay işləyib qaçırdı. Yola getmirdi.
Birdən burnu böyüməyə başladı. Burnuyla bir yerdə milçək də böyüməyə başladı. Toyuq boyda oldu. Burnunun ağırlığına dözməyib başını aşağı əydi. Böyümüş milçək ona baxa-baxa dilini çıxartdı. Fikirləşdi ki, gör nə günə qalmışam, milçək də məni ələ salır. Yenə milçəyin gözünün içinə baxdı. Birdən milçəyin gözləri ona çox doğma və əziz göründü. Hə, onun gözləridir, əlbəttə, gözlərinə inanmadı. Hə. Odur, özüdür ki var. Ömründə bircə dəfə bütün varlığıyla sevdiyi o qız. Yavaş-yavaş qızın üzünün cizgiləri də aydınlaşdı. Nədənsə təəccüblənmədi. Elə bil ki qızın gələcəyini qabaqcadan bilirdi. Qız onun qarşısında dayansa o hələ heç nə dərk edə bilmirdi. Bir də gözünü qırpdı. Yox, qız heç yerə getməmişdi, sakitcə durub ona baxırdı. Nəhayət, hiss eləməyə başladı ki, həqiqətən odur. Altı il əvvəl uğrunda həyatını belə verməyə hazır olduğu və bu altı il ərzində hər gün görməyi arzuladığı o qız. Bunu hiss elədikcə, bütün bədəni titrəməyə başladı. Özünü ələ almağa çalışdı. Divara sıxılmaq istədi ki, titrəməsin. Amma birdən ağlına gəldi ki, titrəyə-titrəyə divara söykənsə, divarı uçurdar, özü də daşların altında qalıb ölər. Ayaga qalxıb yavaş-yavaş qıza tərəf getməyə başladı. Qız isə tərpənmirdi. Əllərini yuxarı qaldırıb sakitcə ona baxırdı. Elə bil ki, təslim olduğunu bildirirdi. O gəlib qızın bir addımlığında dayandı. Əllərini qızın bədəninə toxundurmaq istədi. Qorxdu. Qorxdu ki, altı il əvvəllər olduğu kimi qız yenə onu söyüb biabır edəcək. Amma qızın baxışlarındakı sakitlikdən başa düşdü ki, yox, bu dəfə ona nə ağır sözlər deyiləcək, nə də sillə vurulacaq. Ürəyi əsə-əsə əlini qaldırdı, qızın üzünə toxundurdu. Qız dinmədi. Yavaş-yavaş yaxın gəldi. Artıq qızın nəfəsini də hiss edirdi. Qızın belini qucaqladı. Sakitcə başını çiyninə qoydu. Gözlərini yumdu və beləcə bir qədər səssiz-səmirsiz dayandı. Amma birdən elə bil içində nə isə partladı. Bayaqdan qurumuş ağzı sulandı, dili açıldı. Qışqıra-qışqıra danışmağa başladı:
-Hə, nədi, niyə gəlmisən, yoxsa bezmisən? İndi yadına düşmüşəm? Yoxsa qovub səni evdən? Bəs nə bilmişdin. Pula görə ərə gedəndə bəs bilmirdin axırı necə olacaq. Gərək öldürəydi səni. Onda ağlın başına gələrdi. Məni bəyənmədin. Pullusunu seçdin. Elə bilirdin ki, xoşbəxt edəcək səni. Ay elədi ya. Gözlə. Nə oldu? İl yarımdan sonra atasını tutdular. Sənin evinə qədər satıb atasını türmədən qurtardılar. İndi 6 nəfər adam iki otaqda qalırsınız. Əcəb oldu. Ürəyimdən tikan çıxdı o vaxt. Mənim ahım tutdu səni. İndi də kasıbçılıqdan bezib mənim üstümə gəlmisən? Elə bilirsən qəbul edəcəm səni? Yox, heç vaxt, sən adam deyilsən, qancıqsan, fahişəsən.
Birdən səsi qırıldı. Qəhərləndi, qızı qucaqlayıb hönkürtüylə ağlmağa başladı.
-Axı mən səni həyatımdan çox sevirdim, bütün varlığımı sənə qurban etməyə hazır idim, axı niyə mənimlə qalmadın, niyə, axı sən onu da sevmirdin. Heç o da səni sevmirdi. Heç bu cürə də evlənmək olar. Eh,mənim bütün həyatım da səninlə getdi. Sənin ərə getməyindən neçə il keçsə də, yenə hər gün səni fikirləşirəm, hər gün yuxuda görürəm səni. Məndə olan yeganə şəklini öpürəm, öpürəm.
O danışır, gözünün yaşı isə axırdı.
-Sən gedəndən sonra söz verdim ki, heç vaxt evlənməyəcəyəm. Sözümün üstündə dururam. Çünki mən səndən başqa heç kimi sevə bilmərəm. Özümdən asılı deyil, bacarmıram. Neçə dəfə özümü öldürmək istəmişəm. Atamla, anama yazığım gəlib. Dərdimi heç kimə deyə bilmirəm. Altı il yığılıb qalmışdı içimdə. Nə yaxşı ki gəldin, ürəyimi boşaltdım. Qurban olum, daha heç yerə getmə, tək qoyma məni, yalvarıram….
İki qadın söhbət edə-edə həyətə girdilər. Qadınlardan biri o birsinin sözünü kəsib dedi.- Görürsən bu oğlanı, qonşunun oğludur. Elə yaxşı ailələri var. Özü isə avara çıxdı. Hər gün nəşə çəkib həyətdə sarsaqlayır. Heyif, gül kimi oğlandı, amma avara!
Oğlan isə həyətin ortasındakı tut ağacını qucaqlayıb hönkürtü ilə ağlayırdı.